ABŞ-da yaşayan azərbaycanlıların seçkilərlə bağlı düşüncələri

Tamella Hacıyeva

Fotonun müəllifi Courtesy Photo

Mən özüm vətəndaş deyiləm, ona görə seçkilərdə iştirak etməmişəm, amma tanıdığım Azərbaycanlılar iştirak edirlər.

Minnesotta ştatında yaşayıram və bu ştatda daimi olaraq Demokratlar (Hillary Klintonun partiyası) qalib gəlir. Respublikaçılarla çox az rastlaşmaq olur.

Hamı bu seçkinin kritik bir an olduğunu düşünür. Bu seçkini tarixi bir seçki kimi görürlər.

Seçki zamanı istifadə edilən ritorika nəticəsində nifrət cinayətləri sayının artığını görürəm. Ölkədə miqrantlar arasında çox qorxu yaranıb. Hətta bəziləri ölkəni tərk etmək barədə ciddi şəkildə düşünürlər.

Mən universitdə işləyirəm və burada artıq bir neçə tələbə Trump-ın seçkini qazandığı təqdirdə ölkəni tərk edəcəklərini deyir. Xüsusilə musəlman və digər milli azalıqlar icmalarında seçki ətrafında böyük qorxu yaranıb.

Əgər ABŞ-a qısa müddətə qəlmiş tələbələr ölkəni tərk etməyi düşünürlərsə, artıq burda həyatlarını qurmuş şəxslər üçün daha da ağır bir dövrdür.

Vüqar Salamlı

Fotonun müəllifi Courtesy Photo

Gözlənilməz hadisələr çox olsa da, miqyasına görə ən böyüyü Trump-ın respublikaçıların vahid namizəd olması oldu. Bütün establişment, media ona qarşı olsa da, o respublikaçı namizədlər arasında ən çox səs qazanaraq vahid namizəd ola bildi.

Bunu səbəblərini hələ çox müzakirə edəcəklər. Amma, ən çox səslənən səbəblərdən biri cəmiyyətin establişmentdən kənar namizədə səs vermək istəməsidir. Demokratlar arasında Sanders eyni sürpriz etməyə çox yaxın olsa da, nəticədə establişmentin namizədi olan Klinton partiyanın vahid namizədi oldu.

Əvvəlki seçkilərlə müqayisə etmək imkanım yoxdur, amma, deyilənə görə 2008 və 2012 seçkilərində olan həvəs yoxdur. İndiki namizədlər öz partiyalarının tarixində ən qeyri-populyar vahid namizədlərdir.

Bu da cəmiyyətdə hiss olunur. Seçici iştirakının aşağı olacağı gözlənilir. Xeyli sayda respublikaçı Trump-a səs verməkdən imtina edib. Əhalinin liberal qismindən də xeyli insan Clintona səs vermək istəmir.

Bu da dediyim kimi seçki iştirakçıları sayını ciddi şəkildə azalda bilər. Demokratlar bundan qorxur, çünki əvvəlki seçkilərə nəzər salsaq, iştirak aşağı olanda respublikaçıların qalib gəlmək şansı daha çox olur.

ABŞ seçkiləri realiti şoulara bənzəyir. Media seçki prosesinin diqqətdə olması üçün hər şey edir. Başqa ölkələrdəki seçkiləri yaxından müzakirə etmək imkanım olmayıb, amma, inanmıram ki, hansısa digər ölkədə seçki prosesi bu qədər əyləncəli və maraqlı təqdim edilsin.

Burada media digər ölkələrdən fərqli olaraq siyasi prosesləri darıxdırıcı işıqlandırmır. Ona görə də televizorun və ya laptopun önündə oturub saatlarcaa siyasi analizləri, şərhləri, proqnozları izləmək çox maraqlı olur.

Bu barədə daha geniş