Avstriyalı kişi Zebra soyadını götürmək hüququ qazanıb

Paris zooparkında zebra Fotonun müəllifi AFP
Image caption Kişi Zebra soyadının əcdadlarından qaldığını deyib.

Avstriyalı kişi məhkəmə işini qazanaraq "Zebra" soyadını götürmək hüququ əldə edib.

Kişi aşağı məhkəmə ona bu adı verməkdən imtina etdiyi üçün Avstriya Konstitutsiya Məhkəməsinə müraciət edib.

Onun babası 1950-ci illərdə soyadını Zebra-dan başqa ada dəyişmişdi. Zebra, əsrlər boyunca ailənin soyadı olub və onu geri qaytarmaq qanunidir, Konstitusiya Məhkəməsi qərar verib.

Aşağı məhkəmə isə bundan əvvəl deyib ki, "Zebra" Avstriyaya məxsus bir ad deyil və qondarmadır. "Zebra yalnız Afrika savannasında yaşayan at növünə aiddir", aşağı məhkəmənin hakimi belə hökm çıxarıb.

Əgər başqa heyvan adları olsa idi, qəbul etmək olardı, - hakim deyib. O, misal olaraq "Fuchs" (tülkü), "Biber" (qunduz) and "Strauss" (dəvəquşu) adlarını misal göstərib.

Ailənin Zebra soyadlı son üzvü 1991-ci ildə vəfat edib, o, şikayətçinin atasının əmisi idi. Şikayətçinin hazırkı soyadı açıqlanmır.

Bu barədə daha geniş