Brüssel: Türkiyə Aİ-ə daxil olma şansını itirə bilər

Johannes Hahn Fotonun müəllifi Getty Images
Image caption Johannes Hahn bildirib ki, Türkiyə etimad sınağından keçməlidir

Türkiyədə insan haqlarıyla bağlı vəziyyətin pisləşməsi və demokratik standartların pozulması Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olma şanslarını kəskin şəkildə azalda bilər, Aİ xəbərdarlıq edib.

Brüsseldə ölkə prezidenti Recep Tayyip Erdoğanın ölkədaxili siyasəti ciddi tənqid olunub və bu ilin yayında baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədə mütamadi olaraq vətəndaşların hüquqularının və azadlıqlarının pozulduğu deyilib.

"Rəsmi Ankaranın əslində nə istədiyi barədə bizi məlumatlandırmasının vaxtı çatıb. Bu etimad sınağıdır ", - qonşuluq siyasəti və genişləndirilməsi məsələləri üzrə avrokomissar Johannes Hahn bildirib.

Onun sözlərinə görə bu ilin iyul ayında baş verən hadisələrdən sonra ölkədə məhkəmələrin və həbslərin artması Türkiyənin bu birliyə üzv qəbul edilməsi istiqamətində təmsil etdiyi qurumun ciddi şübhələri var.

"Türkiyə Aİ-ə namizəd bir ölkə kimi qurumun standarlarına yüksək şəkildə cavab verməlidir və burada güzəşt ola bilməz. Bu ilin hesabatında Türkiyədəki vəziyyətlə bağlı qeyd olunub ki, Türkiyə fundamental hüquqların qorunması və qanunlara riayət olunması istiqamətində geriyə addım atıb ", - Avropa Parlamentindəki dinləmələrdə çıxış edın cənab Hahn deyib.

Bununla yanaşı Aİ tərəfindən Türkiyədəki vəziyyətlə bağlı hazırlanan hesabatda yunan adalarına daxil olmağa cəhd göstərən miqrantların sayının azalması istiqamətində cəhdləri yüksək qiymətləndirilib.

Türkiyə Aİ-ə daxil olmaq barədə ərizəni ilk dəfə 1987-ci ildə, Aİ-nin sələfi Aropa İqtisadi Birliyi mövcud olan zaman verib.

Ölkə hələ 2005-ci ildə danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirmişdi, lakin bir sıra səbəblər üzündən bu prosses ləngidi.

Səbəblər arasında, xüsusilə də prezident Recep Tayyip Erdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəldikdən sonra Aİ-nin Türkiyə hökumətinin demokratik azadlığa qarşı münasubəti yer alır.

Türkiyədə dövlət çevrilişi cəhdlərinin arxasında duran sui-qəsdçilərin cəzalandırılması üçün ölüm hökmünün yenidən bərpa olunması istiqamətində müzakirlər aparılır.

Hökumət dövlət aparatında təmizləmə işləri aparır və bunun nəticəsində 45 min dövlət məmuru tutduğu vəzifədən azad edilib.

Cənab Erdoğan dövlət çevrilişinə cəhddə hazırda ABŞ-da yaşayan Fethullah Güleni itiiham edir. Cənab Gülen isə tamamilə bu ittihamları rədd edir.

Bundan əvvəl Avropa Komissiyasının başçısı Jean-Claude Juncker Türkiyədə ölüm cəzası bərpa eliləcəyi təqdirdə bu ölkənin Aİ-ə daxil olması istiqamətində danışıqların dərhal dayadırılacağını bildirib.

Türkiyə Avropa Şurasına üzv olan 47 ölkədən biridir və bu təşkilata üzv olmanın şərtlərindən biri ölüm cəzasının ləğvidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş