Trump-ın qələbəsindən sonra Kuba hərbi manevrlər keçirəcəyini bəyan edib

Qala 2013 hərbi manverləri keçərkən Kubanın İnqilabçı Silahlı Qüvvələrinin əsgərləri silahlarını alırlar. Ciego de Avila vilayəti, Kuba, 19 noyabr 2013-cü il. Fotonun müəllifi Getty Images
Image caption Kuba Qala Stratejik Manevrlərini ən son 2013-cü ildə keçirib

Kuba höküməti "düşmənin bir sıra hərəkətlərinə" qarşı hazır olmaq üçün beş gün ərzində hərbi manevr keçirəcəyini bəyan edib.

Kuba hərbi manevrləri respublikaçı namizəd Donald Trump-ın ABŞ prezident seçkilərindəki qələbəsi ilə əlaqələndirməyib.

Amma analitiklər deyirlər ki, keçmişdə bu cür manevrlərin keçirliməsi, gərginlik vaxtları və ya ABŞ-a mesaj göndərmək məqsədi ilə təşkil edilirdi.

Öz kampaniyası ərzində, cənab Trump son zamanlar Kuba və ABŞ munasibətlərinin nizamlanmasına qarşı çıxacağını demişdi.

Kubanın müdafiə nazirliyi, manevrlər barədə məlumatı dövlət qəzeti Granma-da dərc edib.

Fotonun müəllifi Granma
Image caption Manevrlər barədə məlumat dövlət qəzeti Granma-da dərc edilib

Bəyanatda deyilir ki, Qala Strateji Manevrləri adlı hərbi manevrlər 16 və 18 noyabr tarixləri arasında keçiriləcək. Bundan sonra isə Kubanın Milli Müdafiə Günlərini qeyd etmək üçün, manevrlər 19-20 noyabr arası əlavə iki gün davam edəcək.

Bəyanatda yazılıb ki, manevrlərin məqsədi "əsgərləri və əhalini düşmənin bir sıra hərəkətlərinə qarşı hazırlamaqdır".

Qala Strateji Manverləri ilk dəfə Ronald Reagan ABŞ prezidenti seçildikdən sonra, 1980-cı ildə, keçirilib.

Cənab Trump-ın seçki qələbəsi ABŞ prezidenti Barack Obama və cənab Castro-nun iki ölkə arasındakı münasibətlərin normallaşdırılması barədə bəyanatlarından iki il keçməmiş baş verib.

Fotonun müəllifi Getty Images
Image caption Prezident Barack Obama və Raul Castro Kubada birlikdə beysbol oyununa tamaşa etmişdilər

Bu bəyanatdan sonra əlaqələrin inkişafı istiqamətində növbəti simvolik və praktik addımlar atılıb:

  • Kuba ABŞ-ın paytaxtı Washington-da səfirlik açıb
  • ABŞ Kubanın payraxtı Havanada səfirlik açıb
  • Prezident Obama Kubaya rəsmi səfərdə olub
  • İki ölkə arasında birbaşa uçuşlar bərpa edilib və səyahət məhdudiyyətləri azaldılıb
  • ABŞ-ın uzun müddət həyata keçirdiyi ticarət embarqosu aradan qaldırılmasa da, ticarət məhdudiyyətləri müəyyən dərəcədə azaldılıb

Cənab Trump özünün Kubaya yönəlik siyasətinə tam aydınlıq gətirməyib.

O "Kuba ilə açıq olmaq anlayışı" ilə prinsipcə razı olduğunu qəbul etsə də, ABŞ-ın "daha yaxşı razılıq əldə etməsinin lazım" olduğunu deyib.

Twitter-də paylaşdığı şərhdə o prezident Castro-nu prezident Obamanı hava limanında qarşılamadığı üçün hörmətsizlikdə günahlandırıb.

Fotonun müəllifi Twitter
Image caption Donald Trump: "Prezident Obama indicə Kubaya enib, ciddi məsələdir, Raul Kastro heç onu qarşılamağa da çıxmayıb. Amma papanı və başqalarını qarşılayıb. Hörmətsizlikdir"

CNN telekanalında yayımlanan debat vaxtı, o "ən yaxşı razılaşmanın əldə edilməsinə qədər" ABŞ-ın Havanadakı səfirliyini bağlayaçağını deyib.

Keçmişdə cənab Trump ABŞ ticarət embarqosunu dəstəklədiyini dilə qətirib.