Mosul döyüşü: "İraq qüvvələri Mosulda kəndliləri işgəncə ilə öldürüb"

Oktyabrdan Qayyarah-da polis döyüşlərə cəlb olunub Fotonun müəllifi Reuters
Image caption Oktyabrdan Qəyyarədə polis İD-ə qarşı döyüşlərə cəlb olunub

Mosulun cənub kəndlərində sakinlər İraqın federal polisinin formalarını geyinmiş kişilər tərəfindən işgəncə edilərək öldürülüb, Amnesty International bildirir.

Qrupun topladığı dəlillər göstərir ki, Şura və Qəyyarədə azı 6 nəfər özünü İslam Dövləti (İD) adlandıran qrupla əlaqədə ittiham olunaraq həbs edilib və sonra güllələnib.

İraqın federal polisinin komandanlığı ittihamları rədd edir.

Ötən aydan bəri Mosulun geri qaytarılması məqsədilə hökumət qüvvələri əməliyyatlara başlayıb.

Üç həftəlik əməliyyata İraqın 50 minə yaxın təhlükəsizlik xidməti, əsgərlər, polislər, kürd peşmərgə döyüşçüləri, sünni ərəb qəbilələri və şiə qiyamçıları qoşulublar.

Cümə axşamə günü qoşunların Mosulun şərq kənar ərazilərində nailiyyətlər əldə etdiyi deyilir.

Bu, hərbi əməliyyatların başlamasından 9 gün sonra baş verir. Qoşunlar burada şiddətli müqavimətlə üzləşiblər.

Aİ-nin araşdırmaçıları azad edilmiş ərazilərə baş çəkərək məlumat toplayıblar.

Məlumata görə, oktyabrın 21-də zorla İD üzvü olmuş 10 kişi və bir 16 yaşlı oğlan təhvil verildikdən sonra polis formalı bir qrup onlara işgəncə verib.

Onların Şura və Qəyyarə əraziləri arasında piyada səhraya aparıldığı deyilir.

Polis forması geyinmiş döyüşçülər kişiləri kabel və qundaqla döyüb, yumruq və təpik atıb, onların saqqalları dartılıb, birinin isə saqqalı yandırılıb. Bundan başqa, onlar qarınları üstündə uzanmağa məcbur edilib və ayaqları arasından atəş açılıb, Amnesty International bildirir.

Fotonun müəllifi Reuters
Image caption Kişilər və qadınların İD üzvü olub-olmadığı yoxlanılır

Üç nəfər isə daha qəddarlıqla döyülüb və öldürülüb, Aİ bildirir. Onların meyitləri 5 gün sonra həmin ərazidən tapılıb.

Qolları qandallanmış dördüncü kişinin meyiti isə bir həftə sonra yaxın ərazidən tapılıb.

Başqa bir kişi isə iki güllə ilə vurularaq öldürülüb.

Fotonun müəllifi Reuters
Image caption 3 həftəlik əməliyyat zamanı 40 minə yaxın insan didərgin düşüb

Amnesty bildirir ki, başqa bir kişi həmin bu polis qüvvələrinə tərəf qaçarkən öldürülüb.

Aİ-nin Beyrut ofisindən araşdılrmalar üzrə direktor müavini Lynn Maalouf İraq hökümətini bu məlumatları araşdırmağa çağırıb.

Federal Polis Qüvvələri Komandanlığı bu itthamları rədd edib.

Mülkiləri qoruduqlarını deyən Komandanlıq əlavə edib ki, polislər İD-in canlı sədd kimi istifadə etdiyi 10 min ailəni azad edib və döyüşlər nəticəsində zərər görmüşlərə tibbi dəstək və yardım edib.

Bu barədə daha geniş