ABŞ seçkilərindən sonra Yeni Zelandiya immiqrasiya saytına giriş kəskin artıb

İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub Fotonun müəllifi Immigration New Zealand
Image caption İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub

Yeni Zelandiyanın immiqrasiya saytı bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticələri açıqlandığı zaman sayta giriş kəskin artıb.

İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub, bu təxminən 2,500 faiz artımdır.

Adətən sayta gündəlik orta hesabla 2300 giriş olur.

Kanadanın immiqrasiya saytına da çərşənbə günü giriş artdığı üçün sayt fəaliyyətini dayandırmışdı.

Donald Trump ABŞ-da keçirilmiş prezident seçkilərində gözlənilməz qələbə qazanıb.

Yeni Zelandiyada yaşamaq, işləmək, təhsil almaq və ölkəyə yatırım etməklə bağlı məlumatın olduğu internet saytına girişdə də eyni artım müşahidə edilib.

Bəzi amerikalılar bildiriblər ki, onların Yeni Zelandiyaya marağı cənab Trump-ın qələbəsi ilə bağlıdır.

Fotonun müəllifi Twitter/@Seulgichu808RV
Image caption Görünür Donald Trump qalib gəldi... Yeni Zelandiya, gözlə məni", istifadəçi yazır
Fotonun müəllifi Twitter/@BCbasshead
Image caption "Amerikalıların çoxu Kanadaya köçəcəklərini deyirlər... Məncə ora yetərincə uzaq deyil, mən yaxa qurtarmaq üçün Yeni Zelandiyaya gedəcəm", deyir digər istifadəçi

Lakin heç də hər kəs amerikalılara qucaq açmaq niyyətində deyil.

Fotonun müəllifi Twitter/@TaikaWaititi
Image caption "Yeni Zelandiyaya köçməyi ağlınızdan belə keçirməyin. Yerinizə batırmısınız, indi də altını çəkin", istifadəçi deyir

Əlaqəli mövzular

Bu barədə daha geniş