Leonard Cohen: Kədərin mənəvi atası

Leonard Cohen Fotonun müəllifi SANDRO CAMPARDO

Bəzən "kədərin mənəvi atası" adlandırılan Leonard Cohen həyatı boyu depressiyalara meylli olub. Bu onun zirək, füsunkar və istehzalı lirikasında öz əksini tapıb.

Leonard Norman Cohen 1934-cü il sentyabrın 21-də Montreal şəhərinin varlı Westmount rayonunda anadan olub.

Onun anası Kanadaya Litvadan gəlib. Dəbdəbəli geyim mağazasının sahibi olan atası Nathan isə Polşa əsilli idi. Leonard Cohen 9 yaşında ikən vəfat edən atası oğluna ədib karyerasını davam etdirmək üçün xüsusi fond yaratmışdı.

Gənc Cohen özəl yəhudi məktəbində təhsil almışdı. Burada o, gitara çalmağı öyrənmiş, Buckskin Boys adlı müsiqi qrupunu yaratmışdı.

"Gitara qızları cəlb edir", - Cohen müsiqi qrupunun yaradılmasını izah edərkən deyib.

Fotonun müəllifi Getty Images
Image caption Leonard Cohen ilk romanını Hydra adasında yazıb.

1951-ci ildə Montreal şəhərindəki McGill Universitetinin İngilis Ədəbiyyatı fakültəsinə daxil olan Leonard Cohen 1956-cı ildə Let Us Compare Mythologies adlı ilk şeirlər toplusunu çap edir.

Uğur qazanan ilk kitabın ardınca 27 yaşlı şair özünün ikinci əsərini dərc edir. Spice Box of Earth adlı toplu Cohenin peşəkar şair olduğunu təsdiqləyərək onun ən populyar əsərinə çevrilir. Bunun ardınca şairin nəşr etdiyi You Have the Lovers kitabında Cohenin insan münasibətlərilə maraqlandığını görmək olar.

1963-cü ildə ədib norveçli Marianne Jensenlə birlikdə Yunanıstanın Hydra adasına köçür. O, burada özünün Favourite Game adlı ilk romanını yazır. Marianne Jensenə həsr etdiyi məşhur 'So Long Marianne' mahnısı da məhz bu adada keçirilən illərin məhsuludur.

1966-cı ildə, Amerikaya köçməzdən əvvəl, Leonard Cohen "Beautiful Losers" adlı sonuncu romanını nəşr edir.

1967-ci ildə artıq ABŞ-da ikən Cohen ilk dəfə musiqi aləminə qədəm qoyur.

Onun bəstələdiyi "Songs of Leonard Cohen" albomu kommersiya baxımından uğursuz olsa da, folk həvəskarları arasında klassikaya çevrilir.

Cohenin bu ərəfədə yazdığı Suzanne mahnısı Judy Collins ifasında hit olur. Bu uğurun ardınca Leonard Cohen yaratdığı daha üç albomla Avropa, Kanada və ABŞ-da müğənni kimi çıxışlara başlayır.

Fotonun müəllifi Redferns
Image caption Cohen Isle of Wight adasında

Canlı çıxışlardan qorxmasına rəğmən kanadalı sənətçi qastrol turnirləri arasında 1970-ci ildə İngiltərənin Isle of Wight adasındakı Festivalındakı konsertə qatılır.

1973-cü ildə Leonard Cohen İsraillə Suriya və Misir arasında başlayan müharibəyə könüllü kimi qatılmaq üçün İsrailə yollanır. Lakin o, fəal xidmət əvəzinə hərbçiləri əyləndirmək üçün tank diviziyasına ezam olunur.

1970-ci illərin sonunda Cohen-in müsiqisinə maraq azalır. Lakin 1985-ci ildə Various Positions adlı albom yenidən dinləyiciləri cəlb edir. Onun tərkibindəki Hallelujah mahnısı eşq, din, həsrət və peşmançılıq mövzularından bəhs edir.

Öncədən səsyazma şirkətlərinin xoşuna gəlməyən bu müsuqi əsəri Cohen-in ən çox ifa olunan mahnısı tanınır.

Bu mahnı o cümlədən 2001-ci ildə çəkilmiş Shrek cizgi filmində də səslənir.

1987-ci ildə Cohenlə müğənni Jennifer Warnes-in əməkdaşlığı nəticəsində yaradılmış Famous Blue Raincoat albomu gənc nəsil arasında uğur qazanır.

1990-cı illərdə yaradıcılığına fasilə verən bəstəkar buddizmə meyl göstərməyə başlayır. 1996-cı ildə isə o, buddist rahibi həyatını yaşamaq üçün Californiyaya köçür.

Bundan 5 il keçmiş yenidən səhnəyə qayıdan sənətçi Ten New Songs albomunu təqdim edir.

Image caption 2008-ci ildə Cohen Glastonbury festivalında çıxış edib

2006-cı ildə Cohenin produseri (və vaxtilə sevgilisi) Kelley Lynch musiqiçinin hesabından 5 milyon dollardan artıq vəsaiti ələ keçirir. Cohenin xeyrinə çıxarılan məhkəmə qərarına rəğmən pulu qaytarmaq mümkün olmur.

73 yaşlı Cohen yenidən qastrollara başlamağa məcbur olur.

2012-ci ildə Cohenin hazırladığı "Old Ideas" albomu bəstəkarın ən yüksək musiqi reytinqli əsəri tanınır. Cohen onu tanıtmaq üçün qastrollara çıxır.

Qastrolları başa vuran Cohen 2013-cü ilin sonundan demək olar ictimaiyyət qarşısına çıxmayıb.

Bəstəkarın ötən ay hazırlanan sonuncu You Want It Darker albomunun prodüsseri onun oğlu Adam olub. Kəskin kürək ağrılarına görə Cohen evini tərk edə bilmədiyi üçün Adam mikrofonu atasının laptopu üzərində saxlayıb.

"Mən ölməyə hazıram", - sonuncu albomundan sonra Cohen deyib. "Ümid edirəm ki, bu o qədər də ağrılı deyil. Mənim üçün bu qədər. Vəssalam."

Əlaqəli mövzular

Bu barədə daha geniş