Trump-Obama görüşündə 5 sıxıntılı şəkil

ABŞ prezidenti seçilmiş Donlad Trump Ağ Evdə Barack Obama ilə görüşəndə onların bir-birinə olan antipatiyası nəzərə çarpıb.

Bundan əvvəl cənab Trump prezidenti tarixin ən pis adamı adlandırıb, cənab Obama isə respublikaçı namizədin vəzifəyə yararsız olduğunu deyib.

New York otel sahibkarı, hazırda isə prezident seçilmiş Trump dəfələrlə Havay doğumlu prezidentin doğum haqqında şəhadətnaməsini sual edib, cənab Obama isə onu açıq şəkildə lağa qoyub.

Hər iki şəxs cümə axşamı Oval Ofisdə iki saatdan çox müzakirə ediblər və media önünə çıxdıqları zaman onlar keçmişdə olanları bir kənara qoyaraq birlik və dinc keçiddən danışmağa çalışıblar.

Lakin kameralar başqa hekayədən bəhs edir.

Fotonun müəllifi Reuters
Image caption Əgər kənara daha diqqətlə baxsam, bunların hamısı keçib gedəcək...
Fotonun müəllifi Reuters
Image caption Görünür Trump-ın fikri yayınıb... yəqin keçmişdə deyilənləri düşünür
Fotonun müəllifi European photopress agency
Image caption Bax bu əsl kadrdır... Obama daş sifət, Trump isə diş qıcayıb
Fotonun müəllifi AFP
Image caption Trump qərara gəlir ki, Obamaya baxa bilməyəcək, sadəcə olaraq baxa bilməyəcək
Fotonun müəllifi Reuters
Image caption Trump rahatdır, əllə görüş sona çatdı

Lakin heç də hər an dözülməz olmayıb...

Fotonun müəllifi European photopress agency
Image caption Obama görüşün bitdiyini açıqladığı zaman nəhayət hər iki şəxs rahatlaşıblar

Melania və Michelle arasında isə belə problem olmayıb

Fotonun müəllifi White House
Image caption Melania Trump və Michelle Obama söhbət edirlər

Bu barədə daha geniş