İraq: "Nimrud İD-dən azad edilib"

İD Nimrudda eradan əvvəl 13-cü əsrə aid arxeoloji məkanları dağıdıb Fotonun müəllifi AFP
Image caption İD Nimrudda eradan əvvəl 13-cü əsrə aid arxeoloji məkanları dağıdıb

İraqın hökümət qüvvələri qədim Assuriya şəhəri Nimrudu azad etdiyini bildirir.

Bu şəhər iki il əvvəl özünü İslam Dövləti (İD) adlandıran qrup tərəfindən zəbt olunub.

Ötən ilin martında rəsmilər və tarixçilər İD-in eradan əvvəl 13-cü əsrə aid arxeoloji məkanları dağıtmasını pisləyib.

Həmin vaxt BMT bunu müharibə cinayəti adlandırmışdı.

İD məbəd və heykəlləri "yanlış sənəmlər" adlandıraraq onların dağıdılası olduqlarını bildirib.

Nimrud İraq hökümətinin geri almağa çalışdığı Mosuldan təxminən 30 kilometr uzaqlıqda yerləşir.

"9-cu Silahlı Diviziyanın qoşunları Nimrud şəhərini tamamilə azad edib və İD-ə insan və texniki itkiləri verdikdən sonra İraq bayrağını qaldırıb", İraq hərbiyyəsinin bəyanatında deyilir.

İD İraqdakı Nəmrud tarixini silir

İD cihadçıları tarixi Nəmrud şəhərini "məhv edirlər"