Yeni Zelandiyada zəlzələdən sonra sunami təhlükəsi yaranıb

A picture of a large fissure running along Kaikoura Road about two hours north of Christchurch Fotonun müəllifi AP

Yeni Zelandiyanın Cənub adasında zəlzələdən sonra sunami təhlükəsi yaranıb.

ABŞ Geoloji Mərkəzi bildirib ki, episentri Christchurch şəhərindən təxminən 95 kilometr uzaqlıqda yerləşən 7.8 ballıq zəlzələ Bakı vaxtilə saat 15.02-də baş verib.

Hadisədən iki saat sonra isə şimal-şərq sahillərinə sunami gəlib. Rəsmilər sonrakı sunami dalğalarından ehtiyatlı olmağı məsləhət görüb.

Sahilboyu yaşayan sakinlərə daha hündür ərazilərə getmək barədə xəbərdarlıq edilib.

Hazırda dalğaların hündürlüyü 2.5 metrə çatır.

Mülki müdafiə nazirliyi bildirb ki, Malborough-da və Banks yarımadasında dalğaların hündürlüyü 5 metrə çata bilər.

Fotonun müəllifi AFP
Image caption Zəlzələ bütün Yeni Zelandiya, o cümlədən Wellington-da hiss edilib
Fotonun müəllifi AP
Image caption Hadisə nəticəsində bir çox yollar dağılıb

Radio New Zealand məlumat verir ki, minlər insan evlərindən təxliyə olunub.

Bəzi insanlar sosial media vasitəsilə zərərçəkmişlərə gecə evlərində qalmağı təklif edib.

2011-ci ildə Christchurch şəhərində baş vermiş zəlzələ nəticəsində şəhər dağılıb və 185 nəfər ölüb.

Fotonun müəllifi Fresh Choice Nelson City
Image caption Yeni Zelandiyada zəlzələdən sonrakı kiçik titrəmələr davam edir
Fotonun müəllifi Twitter
Image caption Twitterdə evin mətbəxinin necə dağıldığını əks etdirən foto paylaşılıb
Fotonun müəllifi Getty Images
Image caption Bəzi insanlar küçədə təbii fəlakətin bitməsini gözləyir