Kəşmir: Hindistan Pakistan əsgərlərini "öldürüb"

Kəşmir Fotonun müəllifi AP
Image caption Bu, 2003-cü ildə bağlanmış atəşkəs razılaşmasından sonra Pakistanın Kəşmirdə bir dəfəyə verdiyi ilk itkilərdir

Pakistan hərbiyyəsi mübahisəli Kəşmirdə 7 əsgərinin Hindistanla atışmada öldürüldüyünü bildirib.

Qoşunlar gecə təmas xəttində "səbəbsiz" hücum nəticəsində ölüb, açıqlamada deyilir.

Hindistan məsələ ilə bağlı açıqlama verməyib.

Bu, 2003-cü ildə bağlanmış atəşkəs razılaşmasından sonra Pakistanın Kəşmirdə birdəfəlik verdiyi ilk itkilərdir.

Sentyabrda Hindistan hərbi bazasına hücum edildikdən sonra uzunmüddətli mübahisə ətrafında gərginlik yenidən gündəmə gəlib.

Atəşkəsin pozulmasına görə Hindistan və Pakistan bir-birini ittiham edir.

Son həftələrdə hər iki tərəf hərbi və mülki itkilər barədə məlumatlar verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş