Almaniya: islamçı qruplara qarşı əməliyyat aparılıb

Alman polisi Fotonun müəllifi Reuters
Image caption Əməliyyat 10 rayonda aparılıb

Almaniyada yüzlərlə polis qadağan edilmiş islamçı qrupu əleyhinə keçirilən əməliyyat gedişatında iki məscid də daxil, 200-dən çox ev və ofisdə axtarış aparıb.

Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, axtarışlar ölkədə qadağan olunmuş DWR ("Həqiqi Din") islamçı təşkilatına qarşı əməliyyat çərçivəsində baş tutub.

Xüsusi xidmət orqanlarının məlumatına görə "Həqiqi Din" radikal ideologiyanın təşviqi və insanları özünü İslam Dövləti adlandıran ekstremist qrupa cəlb etməklə məşğul olub.

Lakin məlumata görə, DWR-in yaxın vaxtlarda hücum planlaşdırdığı barədə məlumat yoxdur.

"Radikal islama mesaj dəqiqdir: gəncləri radikallaşdırmağa çalışan və onları cihada göndərən fanatikləri sevmirik", - daxili işlər naziri Hesse Peter Beut bildirib.

Qruplaşmanın nümayəndələri məsələ ilə bağlı məlumat verməyib.

Statistikaya görə hazırda 900-ə yaxın insan İraq və Suriyada özünü İslam Dövləti adlandıran qrupa üzv olmaq üçün ölkədən gedib.

Bu barədə daha geniş