Hələbə hava həmlələri davam etdirilir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Hələbə hava həmlələri davam etdirilir

Çərşənbə günü Hələb şəhərinin üsyançıların əlində olan hissəsinə hava zərbələri davam etdirilib, Suriya fəalları bildirir.

Şiddətli bombardmanlara həmçinin İdlib şəhəri də məruz qalıb.

Çərşənbə axşamı Moskva Suriya sahillərindəki təyyarədaşıyıcısından istifadə etməklə üsyançıların hədəflərinə qarşı irimiqyaslı əməliyyatın həyata keçiriləcəyini elan edib.

Öz növbəsində prezident Bəşər əl-Əsəd deyib ki, cənab Trump kampaniyası zamanı terrorizmə qarşı mübarizə edəcəyi barədə vədinə əməl edərsə o "təbii müttəfiq" ola bilər.