Çin internetində zarafat: "Gombul Kim"

Kim Jong-un Fotonun müəllifi Reuters
Image caption Bir neçə ildir ki Çin bloqosferində "gombul üçüncü Kim" ifadəsi məşhurdur

Çində sosial axtarış motorları Şimali Koreya lideri Kim Jong-un barədə "gombul üçüncü Kim" ifadəsi ilə etdikləri zarafat nəticələrini vermir.

Bundan əvvəl, media Şimali Koreyanın Pekindən lideri barədə bu zarafatları dayandırmağı xahiş etdiyini güman edib.

Çin dilində 金三胖, yəni "gombul üçüncü Kim" ifadəsini axtaranda heç bir nəticə çıxmır.

Çin hökuməti axtarış saytlarına bu ifadəyə görə nəticə çıxarmağı qadağan etdiyini birbaşa təsdiqləməyib.

Amma Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang bildirib ki, Pekin istənilən ölkənin liderinin təhqir edilməsi təqdir edilmir.

Apple Daily yazır ki, qadağalar Çin və Şimali Koreyanın yüksək çinli məmurlarının görüşü ilə əlaqəli ola bilər.

"Bu Çinin standart siyasətidir. Bildiyimə görə, Vladimir Putin və Barack Obama haqqında da aşağılayıcı ləqəblər ləğv edilmişdi", Şimali Koreya üzrə təhlilçi Konstantin Asmolov BBC Ruscaya bildirib.

Lakin o əlavə edir ki, Pekin və ya Pxenyan tərəfdən rəsmi bəyanat olmadığından hansısa rəsmi qadağadan danışmaq tezdir.

Bir neçə ildir ki Çin bloqosferində "gombul üçüncü Kim" ifadəsi məşhurdur. Bu yolla çinli bloqçular onun Şimali Koreyanın "hakim nəslində" Kim Il-sung və Kim Jong Il-dən sonra sayca üçüncü nümayəndədir. Başqa bir versiyada isə Kim Jong Il-in dolu bədənli oğlu olduğu güman edilir.

İstifadəçilər qadağadan yan keçmək üçün başqa ifadələr də düşünüb: "dolu Kim" və "gombul Kim 2+1".

Bu il Cənubi Koreyanın xüsusi xidmət orqanları bildirib ki, o hakimiyyətə gəldikdən sonra 40 kilo kökəlib. Güman edilir ki, bu onun həddindən artıq yeməyə və alkohola sevgisi ilə əlaqəlidir. Bundan əlavə onun həyatı üçün qorxduğuna görə yuxusuzluqdan əziyyət çəkdiyi deyilir.