Ultraortodoks yəhudilər azanın məhdudlaşdırılmasına etiraz ediblər

Yakov Litsman Fotonun müəllifi Reuters
Image caption Yakov Litsman deyib ki, belə bir təşəbbüs təsdiqlənərsə növbəti dəfə məhdudiyyət yəhudilərə tətbiq edilə bilər.

İsrail parlamentində ultraortodoks yəhudilər azanın oxunma səviyyəsinin məhdudlaşdırılması barədə təşəbbüsə etiraz ediblər.

Baş nazir Benyamin Netanyahunun dəstəklədiyi müvafiq qanun layihəsi bu həftə müzakirəyə çıxarılmalı idi.

Lakin ultraortodoks "Yahadut Ya Tora" blokunun üzvü, İsrailin səhiyyə naziri təşəbbüsə qarşı etirazını bildirib.

Yakov Litsman deyib ki, belə bir təşəbbüs təsdiqlənərsə, növbəti dəfə məhdudiyyət yəhudilərə tətbiq edilə bilər.

"Minilliklər boyu yəhudi ənənələrində şofar da daxil (öküz buynuzundan düzəldilmiş müsiqi aləti - red) müxtəlif alətlər və zurnalardan istifadə olunub, - nazir deyib.

Onun sözlərinə görə, indi də yəhudilər səsgücləndiricilərdən istifadə edirlər.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Avropa təcrübəsinə əsaslanaraq azanın yüksəkdən oxunmasına məhdudiyyət qoyan qanun layihəsini dəstəkləyib.

Müstəqil müşahidəçilər təşəbbüsün din və təriqat azadlığına təhlükə təşkil etdiyini bildirirlər.

Fələstin lideri Mahmud Abbas deyib ki, təklif edilən qanun layihəsi bölgədə "dini zəminli müharibəyə" yol aça bilər. İsrail parlamentində ultramühafizəkar yəhudilər azanın səsinin məhdudlaşdırılması barədə qanun layihəsinə etiraz ediblər.

Əlaqəli mövzular