Ölü dənizdə sahildən-sahilə üzmək marafonu
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ölü Dənizdə üzgüçülük marafonu

Fəallar qrupu ilk dəfə olaraq İordaniya ilə İsrail arasında yerləşən Ölü Dənizi üzərək keçiblər. Onlar 15 kilometrlik məsafəni 7 saata başa vurublar.

25-dən artıq üzgüçü arasında İordaniya, İsrail, İngiltərə, İspaniya və Yeni Zelandiya vətəndaşları olub.

Aksiyanın məqsədi hər il səviyyəsi bir metr aşağı düşərək qurumaqda olan su hövzəsinə diqqəti cəlb etməkdir.

Şor göldə uzun müddət qalmaq dəriyə pis təsir göstərir.

İdmançıların sözlərinə görə üzmək olduqca çətin idi.

Video şərhsizdir.