Hələbdə uşaq xəstəxanası hava zərbələri zamanı vurulub

Bayan uşaq xəstəxanası hava hücumundan sonra Fotonun müəllifi Independent doctors association
Image caption Bayan uşaq xəstəxanası hava hücumundan sonra

Suriya hökumətinin aviasiya və artilleriya qüvvələrinin Hələbin üsyançıların nəzarət etdiyi şərq hissəsini bombalaması ilə xəstəxana, qan bankı və təcili tibbi yardım maşınları vurulub.

"Bayan" Uşaq Xəstəxanasının direktoru obyektin zirzəmisində gizlənmək məcburiyyətində qalıb.

Fəallar bildirirlər ki, son iki gün ərzində Hələbdə uşaqlar da daxil olmaqla azı 32 nəfər həlak olub.

Hava zərbələri çərşənbə axşamı, hökumətin müttəfiqi olan Rusiya tərəfindən elan edilmiş üç həftəlik moratoriumun sona çatmasından sonra baş verib.

Fəallar hökumətin hava zərbələri endirməyə yenidən başlanmasını təsdiqləyib. Dövlət kütləvi informasiya vasitələri geniş yerüstü hücumdan əvvəl bir neçə istiqamətdə böyük qoşunların yerləşdirilməsini xəbər verib.

Böyük Brityaniyada mənzillənmiş Suriya Rəsədxanası monitorinq qrupunun məlumatına görə, raketlər reaktiv təyyarələr tərəfindən atılıb, barrel bombaları vertolyotlardan atılıb və artilleriya şərqi Hələbin Shaar, Sukkari, Sakhour və Karam əl-beik kimi ərazilərini məqsədyönlü şəkildə hədəfləyib.

Qrup bildirir ki, beş uşaq və fövqəladə hallar işçisi də daxil olmaqla azı 21 nəfər həlak olub.

Suriyada bir sıra müəssisələri müdafiə edən Müstəqil Həkimlər Assosiasiyası qeyd edib ki, "Bayan" Uşaq Xəstəxanası pis zərər görüb.

"Təyyarələr yuxarıdadır. Biz çıxa bilmirik. Bəlkə də, biz bu otaqda özümüzü qoruya bilərik," Assosiasiya zirzəmidə qalmış xəstəxananın direktoru cənab Hatem-dən sitat gətirir.

Həmçinin Suriya Mülki Müdafiə təşkilatından Ağ Dəbilqələr kimi tanınan xilasedicilər Karam əl-beik-də bir feldşerin həlak olduğunu təsdiqləyib.

Hava reydlərinin Hələbin qərbindəki bəzi ərazilərdə də davam etdirildiyi bildirilir.

Suriya Rəsədxanası çərşənbə günü Batbo kəndində 19 nəfərin həyatını itirdiyini deyib.

Rusiya, ilk dəfə hava döyüşlərində təyyərə gəmisinin istifadə olunduğu qərbi Suriyada cihadçı döyüşçülərinə qarşı iri əməliyyat başlayacağını elan edib.

Bir vaxtlar Suriyanın kommersiya və sənaye mərkəzi olan Hələb 2012-ci ildən bəri hökumətin qərbə, üsyançıların şərqə nəzarətilə ikiyə bölünüb.

Ötən il Suriya qoşunları İranın dəstəklədiyi silahlı dəstələr və Rusiya hava zərbələrinin köməyi ilə çıxılmaz vəziyyətdən qurtulub.

Hökumət və onun müttəfiqi Rusiya şəxslərin və üsyançıların ərazini tərk etməsi üçün oktyabrın 18-də hava zərbələrini dayandırıb.

BMT-nin məlumatına görə, ayın sonunadək hava zərbələri şərqdə 700-dən çox dinc sakini qətlə yetirib, raket atəşi nəticəsində isə qərbdə onlarla insan həyatını itirib.

Bu barədə daha geniş