Türkiyə hərbçiləri Almaniyadan "siyasi sığınacaq istəyiblər"

Ramştayn bazası Fotonun müəllifi Getty Images
Image caption Nato Ramştayn bazası ABŞ hava qüvvələrinin baş qərargahı sayılır

Almaniyanın Ramştayn şəhəri yaxınlığındakı Nato hava bazasında xidmət edən Türkiyə hərbçiləri siyasi sığınacaq üçün hakimiyyətə müraciət ediblər.

Onları siyasi sığınacağa 2016-cı ilin iyul ayında baş verən dövlət çevrilişi ardınca Türkiyədə yaranmış siyasi vəziyyət sövq edib, Almaniyanın SWR televiziya kanalına əsasən hərbçilər bildirir.

Siyasi sığınacaq üçün müraciət edənlərin sayı barədə məlumat verilmir.

SWR-in məlumatına əsasən yaxın vaxtlarda miqrasiya və qaçqınların işi üzrə federal dövlət qurumu hərbçilərin ərizələrinə baxacaq. Ramştaynda 40 türkiyəli hərbçinin xidmət etdiyi bildirilir.

Son zamanlar Türkiyə ilə Almaniya arasında münasibətlər korlanıb. Berlin bildirir ki, sığınacaq istəyənlərin siyasi təqiblərə məruz qaldığı təsdiqlənərsə onların müraciəti təmin ediləcək.

Türkiyədə çevriliş cəhdi ardınca minlərlə adam işdən çıxarılıb və həbsə atılıb. Onların arasında, jurnalist, alim, məmur və hərbçilər də var.

Əlaqəli mövzular

Bu barədə daha geniş