Hindistanlılar xəstə nazirə böyrəklərini təklif edir

Sushma Swaraj Fotonun müəllifi AP
Image caption Sushma Swaraj tvitləyib ki, böyrək köçürməsi üçün analizlər verib

Bir çox hindistanlı xarici işlər naziri Sushma Swaraj-a böyrəyini təklif edib.

64 yaşlı nazir xroniki diabet xəstəliyindən əziyyət çəkir və bu ayın əvvəlində Delhi xəstəxanasında müalicə alıb.

Cənab Swaraj baş nazir Narendra Modi kabinetində ən yüksək nüfuza sahib nazirlərdən biridir.

Çərşənbə axşamı o böyrək çatışmazlığından əziyyət çəkməsi barədə tvit paylaşıb.

Bir çox daxili orqanlar kimi, böyrək də ianə etmək mümkündür, çünki adamlar bir böyrəklə də yaşaya bilər.

Sosial media istifadəçiləri nazirin tvitinə çox sürətlə cavab yazıb, bəziləri hətta telefon nömrələrini də qeyd edib.

Fotonun müəllifi @Nikhildadhich
Image caption Xanım, arzu edərsinizsə, mən sizə böyrəyimi verməyə hazıram. Xalqın sizin xidmətlərinizə ehtiyacı var.
Fotonun müəllifi @sshyam
Image caption Həkimlər icazə verərsə, mən xalqın qızına böyrəyimi verməyə hazıram

Xanım Swaraj təklif edənlərə bir-bir cavab yazmasa da, "dostlarına" ümumi təşəkkürünü bildirib.

"Onlara minnətdarlığımı bildirmək üçün ifadə tapa bilmirəm", o tvitləyib.

Xarici işlər naziri Hindistanda xalqın yaşaması və xaricə səyahətinə dair sorğularına çox sürətlə reaksiya verən məmurdur.

Bu ayın əvvəlində o pakistanlı gəlinə Hindistanda öz toyunda iştirak etmək üçün viza almağa yardım edib.