Oğlan masa üzərindən düşən körpə qardaşını xilas edir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

9 yaşlı uşaq masa üzərindən düşən körpə qardaşını xilas edir

Amerikanın Florida ştatında 9 yaşlı oğlan bələk masasından yıxılan 11 aylıq qardaşını havada tuta bilib.

Hadisə sentyabr ayında baş verib. Lakin uşaqların anası Tila Levi insidentə görə pərt olduğu üçün indiyədək videonu paylaşmağa ürək etmədiyini deyir.

Lakin daha sonra fikrini dəyişdirən ana “bir an içində baş verə biləcək” insidentlər barədə agahlığı artırmaq üçün görüntünü yaymağa qərar verib.

Video şərhsizdir.