Cənubi Koreya: Prokurorluq prezidentin korrupsiya qalmaqalı ilə əlaqəsi olduğunu deyib

Пак Кын Хе Fotonun müəllifi Reuters

Cənubi Koreyanın prokurorluğu prezident Park Geun-hye-nin korrupsiya qalmaqalı ilə əlaqəsi olduğunu açıqlayıb.

Prezident immuniteti olduğu üçün ona qarşı ittihamlar irəli sürülməsə də, yaxın rəfiqəsi, prezident köməkçisi kimi çalışmış Choi Soon-sil-ə qarşı hakimiyyətdən sui-istifadə etmək və səlahiyyət həddini aşmaq maddələri ilə rəsmi ittihamlar irəli sürülüb.

O xüsusilə, iki böyük şirkətə onunla əlaqəsi olan Mir və K Sports fondlarına çoxmilyonluq ianə etməyə təzyiq etməkdə ittiham olunub.

Seuldakı BBC müxbiri hesab edir ki, prokurorluğun bu açıqlaması prezidentin üzərinə təzyiqi daha da gücləndirəcək: son həftələrdə Cənubi Koreyada prezidentin istefası tələbi ilə irimiqyaslı etiraz aksiyaları keçirilir.