İraqda Kərbəla ziyarəti: təhlükəsizlik tədbirləri artırılıb

Kərbəla ziyarəti Fotonun müəllifi SABAH ARAR
Image caption Təhlükəsizlik qüvvələri ziyarətə gedənləri bir-bir yoxlayır

İraqın Kərbəla şəhərini ziyarət edən milyonlarla şiə müsəlman minlərlə təhlükəsizlik qüvvəsi nümayəndələrinin mühafizəsi altında sinədöymə mərasimi keçirir, AFP bildirir.

Ərbəin ziyarəti dünyanın ən böyük dini mərasimlərindən biridir və ona özünü İslam Dövləti (İD) adlandıran təşkilatın intiharçı bomba basqınlarının potensial hədəfi kimi baxılır.

680-ci ildə öldürülmüş İmam Hüseynin matəm mərasimi tədbirləri bazar ertəsi özünün kulminasiya nöqtəsinə çatacaq, lakin bir çox şiələr artıq günlərdir ki, Məhəmməd peyğəmbərin nəvəsinin məzarı olan şəhərə axışmağa başlayıblar.

Kərbəla əyalət bələdiyyəsinin rəhbəro Nusayyef əl-Xəttabi bildirib ki, o şəhərə "17-20 milyon" ziyarətçi gözləyir.

Onlardan təxminən 3 milyonunun xaricilər, xüsusilə iranlılar olacağı güman edilir. Xaricdən gələn ziyarətçilər artıq bir neçə gün əvvəldən İraq sərhədini keçib.

"Təhlükəsizlik tədbirləri maksimum həddədir", ərazinin təhlükəsizliyinə məsul qurumun rəhbəri general-mayor Qais Xələf Raheymə AFP-ə deyib.

Fotonun müəllifi HAIDAR HAMDANI
Image caption Ziyarətçilərin keçdiyi əsas yolların bir tərəfi piyadalar, digər tərəfi isə avtomobillər üçün ayrılıb.

Bir çox müsəlman məqbərəni ziyarət etmək üçün təxminən 500 kilometr yol qət edir.

Ziyarətçilərin keçdiyi əsas yolların bir tərəfi piyadalar, digər tərəfi isə avtomobillər üçün ayrılıb.

"Üç həftə ərzində təhlükəsizliyi qorumağa hərbiyyənin və polisin 24 min üzvü cəlb edilib", Raheymə bildirib.

İraq qoşunları həmçinin hazırda Mosulda İD-ə qarşı döyüşür.

Kərbəlada paytaxt Bağdaddan 80 kilometr uzaqda yerləşir.

Buradakı Ənbər səhrası tez-tez cihadçıların hücumlarına məruz qalır.

Bu barədə daha geniş