Sarkozy: Eks-prezident məğlubiyyətdən sonra siyasətdən uzaqlaşır

Nicolas Sarkozy məğlubiyyətini etiraf edir, 20 noyabr Fotonun müəllifi AFP
Image caption Nicolas Sarkozy yenidən prezident olmaq üçün ikinci şansını itirib

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy mərkəz-sağçı prezident namizədi kimi yarışda məğlub olub və nəticədə, siyasətdən getdiyini açılqlayıb.

Cənab Sarkozy, bazar günü baş tutan ilk turda qalib Francois Fillon-a məğlub olduğunu etiraf edib.

Cənab Fillon kimi keçmiş baş nazir olan Alain Juppe isə ikinci yeri tutub.

Onlar gələn bazar günü növbəti turda qarşılaşacaqlar. Qalib gələn il baş tutacaq prezident seçkilərində namizəd olacaq.

Qalib isə çox güman ki, prezidentlik üçün əsas namizədlərdən bir olacaq və uzaq-sağçı namizəd Marine Le Pen ilə üz-üzə gələcək.