Davadan sonra buzda donub qalmış iki Alyaska maralı tapılıb

Cənab Webster və Cənab Erickson iki maralı xilas edirlər (marallardan biri görünmür) Fotonun müəllifi AP
Image caption Cənab Webster və Cənab Erickson iki maralı xilas edirlər (marallardan biri görünmür)

Unalakleet kəndində müəllim işləyən Brad Webster dostu ilə Bible düşərgəsinin yaxınlığında gəzərkən buzdan çıxan maral buynuzlarını görüb.

O, qərbi Alyaskada yaşanan bu hadisənin "maraqlı təcrübə" olduğunu deyib.

Marallar payız ayında cütləşirlər və çox güman ki, iki erkək maral dişi uğrunda savaşıbmışlar.

Cənab Webster heyvanlardan birinin yaralandığını söyləyib. Yəqin ki, onların buynuzları bir-birinə ilişib və nəticədə hər ikisi ölüb deyə o, bildirib.

Cənab Webster xəbəri tələbə məşğələləri direktoru Jeff Erickson-a çatdırıb və o, heyvanların şəkillərini çəkib.

Fotonun müəllifi AP
Image caption Savaşda başları ilişən heyvanlar - maralların başı bədəndən ayrılmış vəziyyətdə

Cənab Erickson ərazidə 50 ildir ovçuluq etdiyini, lakin bu cür "donmaya" rast gəlmədiyini deyib.

"Bu çox sürreal mənzərə idi - aydın və sakit, amma həyatın nə qədər qəddar ola biləcəyini çılpaqlığı ilə göstərən bir mənzərə."

Cənab Webster və Cənab Erickson maralların bədənlərini, ətindən itlərə yem kimi və tələ qidası kimi istifadə etmək üçün buzdan çıxarıblar.

Onlar həmçinin, maralların başını bədəndən ayırıblar. Başlar hazırda Cənab Webster-in həyətindədir. Onlar başları təmizləyib Bible düşərgəsində asacaqlar.