Almaniya məhkəməsi Wuppertalda "şəriət polisinə" qarşı iddiaları rədd edib

Alman internet səhifəsində "şəriət polisi" bardə məlumat -sentyabr 2014-cü il Fotonun müəllifi AP
Image caption İki il əvvəl özünü "şəriət polisi" adlandıran qrup Almaniyada mübahisəyə səbəb olub

Almaniyada məhkəmə şəriət patrulu yaradan yeddi müsəlman kişinin siyasi formalara qarşı qanunu pozmadıqlarına qərar verib.

2014-cü ildə üzərlərinə "şəriət polisi" yazılmış narıncı gödəkçələr geyinmiş qrup Wuppertal şəhərində insanlara yaxınlaşdıqdan sonra ictimai qəzəbə səbəb olub.

Onlar yerlilərin qumar oynamaqdan, içki içməkdən və musiqi dinləməkdən çəkinmələrini tələb edib.

Qrupun iddia edilən təşkilçisi, Sven Lau, tanınmış islamçıdır.

O həmçinin Suriyada döyüşən bir terrorçu qrupu dəstəkləməklə başqa ittihamlarla qarşılaşıb.

Patrulun videoçəkilişinin Youtube-a yüklənməsindən sonra, Almaniya Mərkəzi Müsəlman Şurası qrupu tənqid edərək, onların hərəkətinin "müsəlmanlara zərərli" olduğunu deyib.

Fotonun müəllifi AP
Image caption Qrupun İslam dinini qəbul etmiş Almaniya vətəndaşı Seven Lau tərəfindən yaradıldığı deyilir

Wuppertal rayon məhkəməsinin qərarını izah edən sözçü deyib ki, yeddi şəxs ilk olaraq Nasist partiyası kimi küçə hərəkatlarına qarşı hədəflənən qanunu formalarının yalnız "hərbi formaya bənzər və ya qorxuducu" olduğu halda pozmuş ola bilər.

Məhkəmənin mövqeyinə görə bu halda onların gödəkçələri qorxuducu olmayıb və hətta şahidlərdən biri qrupu onlardan birinin evliliyini qeyd etmək üçün əyləndiklərini düşünüb.

Eyni məhkəmə bu iddianı keçən il rədd etmişdi, amma bu qərara qarşı apellyasiya nəticəsində daha yüksək məhkəmə formalara qarşı qanunun bu işə aidiyyatı olduğunu bildirərək iddianı geriyə qaytarmışdı.

Bazar ertəsi verilən qərar sonuncu deyil və onlara qarşı hələ də apellyasiya müraciəti verilə bilər.

London, Kopenhagen və Hamburg daxil olmaqla, ultra-mühafizəkar müsəlman kişilər tərəfindən yaranmış "şəriət patrulları" başqa Avropa şəhərlərində də görünüb.

Bu barədə daha geniş