Fransa və Qətər: Paris yaxınlığında iki nəfərdən 5 milyon avro qarət edilib

Bentley avtomobili (stock image) Fotonun müəllifi Getty Images

Parisin şimalında yerləşən avtomobil yolunda maskalı kişilər iki qətərli qadın və onların sürücüsünü qarət edərək onlardan 5 milyon avro dəyərində qiymətli əşyalar götürüb, polis mənbələri deyir.

İki bacı bazer ertəsi axşamı Le Bourget aeroportundan Bentley avtomobilində yola düşdükdən sonra onların avtomobili məcbürən yoldan kənarlaşdırılıb və üzlərinə gözyaşardıcı qaz püskürdülüb.

Polis AFP xəbər agentliyinə deyib ki, "avtomobildə olan hər bir əşyanı - cəvahiratları, paltarları və çemodanları" götürüblər.

İki il əvvəl bir Səudiyyə şahzadəsi də bu yoldan keçərkən soyulub.

Le Bourget özünü "Avropanın lüks biznes aeroportu" adlandırır.

Yeni kameralar

Fransız rəqəmsal televiziya kanalı BFMTV-yə xəbər verən mənbənin dediklərinə görə, qadınların avtomobili yanacaq doldurma stansiyasının yaxınlığında məcburən dayandırılıb.

Avtomobil yolunun qarət baş vermiş hissəsi lüks avtomobilləri və ya tıxacda dayanmış varlı görünüşlü əcnəbiləri hədəfləyən cinayətkarlar tərəfindən istifadə edilir:

  • Keçən ilin aprel ayında üç nəfər şərqi asiyalı, incəsənət kollektorunun mindiyi taksinin şüşəsini qıraraq 4 milyon avro dəyərində cəvahirat qarət edib.
  • 2014-cü ilin avqust ayında silahli adamlar Le Bourget aeroportuna gedən Səudiyyə şahzadəsinin avtomobil karvanına hücum edərək ondan 250,000 avro qarət edib.

Keçən ay ABŞ-ın canlı televiziya şou ulduzu Kim Kardashian Parisin mərkəzində yerləşən dəbdəbəli iqamətgahında silahlı adamlar tərəfindən saxlanılaraq dəyəri altı milyon avro daş-qaşı qarət olunub.

Bu ayın əvvəli Fransız höküməti turizm sənayəsinə əlavə yatırım edəcəyini və paytaxtın oğrular tərəfindən hədəflənən ərazilərində əlavə nəzarət kameraları quracağını vəd edib.

Bu barədə daha geniş