Məhəmməd Morsiyə verilmiş ömürlük həbs cəzası qaldırılıb

Мохаммед Мурси Fotonun müəllifi Getty Images
Image caption Мохаммед Мурси находится в заключении с июля 2013 года

Misirin kasasiya məhkəməsi ölkənin keçmiş prezidenti Məhəmməd Morsinin ömürlük həbs cəzasını ləğv edib və təkrar dinləmə təyin edib.

Söhbət Morsinin Fələstinin Həmas qruplaşması ilə casusluq əlaqələri iddiası ilə bağlı qaldırılmış cinayət işindən gedir.

Ötən həftə kasasiya məhkəməsi Morsinin ölüm hökmünü ləğv edib.

Eks-prezidentə 2011-ci il üsyanı zamanı kütləvi iğtişaşlarda iştirak və məhbusların dustaqxanalardan qaçırılmasının təşkilinə görə ölüm hökmü verilmişdi. Bu da Hüsni Mübarək rejiminin devrilməsinə gətirib çıxarmışdı.

Morsiyə qarşı açılmış digər cinayət hökmü - 2012-ci ildə prezident sarayı qarşısında qan axıdılması ilə bağlı 20 il həbs cəzası - isə qüvvədə qalır.

2013-cü ilin iyun ayında həbs olunmuş Morsiyə qarşı ümumilikdə 4 cinayət işi açılıb.

O, 2012-ci ildə Hüsni Mübarəkin devrilməsindən sonra, Misir tarixində demokratik yolla seçilmiş ilk prezident olaraq hakimiyyətə gəlib. Bir il sonra isə Morsi, hərbi çevriliş nəticəsində postundan devrilib.

Morsi hakimiyyətinin devrilməsi əsnasında, "Müsəlman qardaşları" hərəkatının üzvləri və digər tərəfdaşları da təqib olunub.

Misirin yeni hərbi hökuməti, "Müsəlman qardaşları" qruplaşmasını terrorist təşkilatı elan edib və hərəkatın fəaliyyətinə qadağa qoyulub.

Misirli hakimlər qısa vaxt ərzində yüzlərlə Morsi tərəfdarına ölüm hökmü oxuyublar. Hüquq müdafiəçiləri Misirin məhkəmə sistemini tənqid edərək hökmlərin ədalətli olduğuna şübhə ilə yanaşdıqlarını bildiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş