ABŞ: TPP niyə əhəmiyyətlidir?

TPP-ə qarşı etiraz Fotonun müəllifi Getty Images
Image caption Hakimiyyətlər və geniş korporasiyalar TPP-ni dəstəkləsələr də, bəziləri bunun işçilər üçün gərəksiz olduğunu düşünür

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump, hakimiyyəti dövr alan kimi Trans-Pacific Partnership - TPP (Trans-Sakit Okean tərəfdaşlığı) ticarət anlaşmasından çıxacağını vəd edib.

12 ölkə tərəfindən fevral ayında imzalanmış TPP dünya iqtisadiyyatının 40%-ni təşkil edir. Lakin bunu hər 12 ölkə təsdiq etməlidir və cənab Trump-ın şərhləri bunun baş tutmayacağını göstərir.

Prezident Barack Obama ticarət anlaşmasına çox əhəmiyyət verirdi. Lakin ABŞ-ın rəqibləri TPP-nin başqa ölkələrin suverenliyi və iş yerləri hesabına gizli biznes anlaşması olduğunu düşünürlər.

TPP xülasəsi

Üzv ölkələrə ABŞ, Yaponiya, Malayziya, Vyetnam, Sinqapur, Bruney, Avstraliya, Yeni Zelandiya, Kanada, Meksika, Çili və Peru daxildir.

Paktın məqsədi sözügedən dövlətlər arasında iqtisadi bağları gücləndirmək, tarifləri qaldırmaq və ticarəti inkişafına təkan verməkdən ibarətdir.

Üzvlər həmçinin iqtisadi siyasət və nizam münasibətlərini də gücləndirməyə ümid edirdilər.

Razılıq, potensial olaraq Aİ (Avropa İttifaqı) kimi bir bazar təşkil etmək üçün yaradılıb.

TPP nə dərəcədə gücə malikdir?

Çox böyük. 12 ölkənin ümumilikdə təxminən 800 milyon əhalisi var. Bu, Avropa İttifaqı ölkələri əhalisinin ümumi sayından demək olar ki, iki dəfə çoxdur. 12 dövlət, artıq dünya ticarətinin 40%-ə cavabdehdir.

Anlaşma, bütün üzv ölkələr içində müxtəlif yanaşma və standartlara uyğun olaraq, böyük uğur kimi qiymətləndirilib. Buraya ətraf-mühiti müdafiə, işçilərin hüquqları və tənzimləyici bağlılıq, eləcə də, bəzi ölkələrin müəyyən sənayeləri üçün xüsusi müdafiə daxildir.

Bu səbəbdən də, ABŞ-ın razılıqdan çıxması imza sahibi ölkələr üçün zərbə hesab edilir.

Hansı mallar və xidmətlər daxildir?

TPP-də sözügedən ölkələr arasındakı ticarətdə istifadə olunan əksər mallar və xidmətlər, amma, bütün tariflər - idxalda yaranan vergilər - daxil deyil və bəzi tariflərin aradan qaldırılması digərlərindən daha uzun vaxt alacaq. Ümumən 18000 tarifə təsir olacaq.

Misal üçün, imza atan ölkələr tarifləri və kənd təsərrüfatı məhsulları və sənaye malları üzərində məhdudlaşdırıcı qaydaları ya tamamilə, ya da qismən azaldacağını bildirib.

Razılığa əsasən, ABŞ-da istehsal olunan mallar və ABŞ təsərrüfat məhsulları üzərindəki tariflər tamamilə qaldırılacaq.

Tekstil və geyim malları üzərindəki tariflər də qaldırılacaq, lakin ABŞ Ticarət Nümayəndəsinin dediyinə görə, bunların əksəriyyəti anlaşma təsdiqlənən kimi tətbiq olunacaq. "Bəzi həssas məhsulları üzərindəki tariflər, TPP tərəfləri arasındakı razılığa əsasən, daha uzun vaxt ərzində aradan qaldırılacaq."

Onlar azad ticarətin çox yaxşı bir şey olduğunu vurğulayır və bəzi sahələrdə ticarət, həm də liberallaşdırılacaq.

Bu nə zaman başladı?

Bu, 2006-cı ildə qüvvəyə minən 4 dövlət arasında - Bruney, Çili, Yeni Zelandiya və Sinqapur - P4 ticarət razılığı ilə başlayıb.

Anlaşmaya əsasən, adı çəkilən ölkələr arasında satılan mallar üzərindən tariflər aradan qaldırıldı. Onlar daha artıq güzəştlərin edilməsi və eyni zamanda, məşğulluq təcrübəsi, əqli mülkiyyət və rəqabət siyasəti kimi geniş məsələlərdə əməkdaşlıq öhdəliyi götürdülər.

Tənqidçilər nə deyir?

TPP-nin qüvvəyə minməməsindən bir çoxu məmnun olacaq.

Tənqidçilər Çinin TPP-də yer almamasından bəhs edirlər. Çin isə öz növbəsində TPP anlaşmasını birmənalı qarşılamadı və TPP-nin baş tutmaması Çini qalib çıxardacaq.

Bəziləri deyir ki, bu, səhiyyə və təhsil kimi dövlət tərəfindən təmin edilən xidmətlər üzərində də dəyişiklik edilməsi üçün şirkətlərin məhkəməyə baş vurması üçün yol açacaq.

TPP, həm də ölkələrin işçi qüvvəsi arasında artan rəqabət kimi görünür.

Amma ən böyük tənqid, iştirakçıların gizli danışıqlar apardığı barədədir.

Anlaşmanın tərəfdarları isə deyir ki, danışıqların ictimaiyətə açıqlanmamasının səbəbi, rəsmi razılığın əldə olunmamasından irəli gəlir.

TTIP (Transatlantic Trade and Investment Partnership) ilə eynidirmi?

Yox.

TTIP kimi tanınan Transatlantik Ticarət və İnvestisiya Əməkdaşlığı ABŞ və Aİ ölkələri arasında olan tariflər və tənzimləyici baryerləri aradan qaldıran razılıqdır.

Növbədə nədir?

Donald Trump-ın qələbəsindən bəri, anlaşma sual şəklini alıb.

Anlaşma müqaviləsi hər 12 ölkə tərəfindən imzalanmalı və sonra təsdiq edilməlidir. Anlaşmanın hissələrinin ölkələr üzrə tətbiqi qanunvericiliklərinə uyğun müəyyən olunacaq.

Qanuna minməsi üçün anlaşmaya 2018-ci ilin fevralınadək ən az 6 ölkə tərəfindən razılıq verilməlidir. Bu isə Yaponiya və ABŞ-sız baş tutmayacaq.

Amma cənab Trump-ın vədlərinə əsasən, əgər müzakirəyə çıxarılarsa, Konqres bundan imtina etməli olacaq.

Yeni Zelandiya da daxil olmaqla bəzi ölkələr, ABŞ-sız da anlaşmanın həyata keçəcəyinin mümkünlüyünü açıqlayb. Cənab Trump-ın razılığa gəlməsi üçün bəzi müddəalarda dəyişiklik edilə biləcəyi barədə də, səthi müzakirələr edilib. Trump Tower-dən gələn əks-səda isə bunu göstərmir.

Yaponiyanın baş naziri Shinzo Abe ABŞ-sız - və onun 250 milyonluq istehlakçısı olmadan - TPP-nın "mənasız" olduğunu deyib.

Bu barədə daha geniş