Türkiyə qərbdən uzaqlaşır – Erdoğandan sitatlar

Recep Tayyip Erdoğan Fotonun müəllifi AP
Image caption Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan son zamanlar Qərb tərəfdaşları barəsində tənqidi fikirləri ilə yadda qalıb. O, Türkiyənin Qərbə arxa çevirməsini və yeni tərəfdaşlıqlar axtarışında olduğunu bildirib.

Köhnə müttəfiqlərin bəzi məsələlər arasındakı uçurumu, getdikcə dərinləşir.

Kürd üsyançıları və FETO

Türkiyə prezidenti uzun zamandır ki, Qərbin Suriyanın kürd üsyançı qruplaşması olan YPG-yə dəstəyini tənqid edirdi. Ölkə bunu, Kürd İşçiləri Partiyasının (PKK) genişlənməsi kimi qəbul edir. Türkiyə PKK ilə on illərdən bəri davam edən bir müharibədədir və adı çəkilən silahlı qruplaşma Türkiyədəki kürd azlığı üçün muxtar respublika qurmaq uğrunda savaşır. Türkiyə həm də, 2016-cı ilin iyul ayında uğursuzluqla nəticələnən hərbi devriliş cəhdinin arxasında Fetullah Gülenin durduğunu deyir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.

28 may: ABŞ-a müraciətlə: "Bizim NATO-ya üzv müttəfiqlərimiz əsgərlərini Suriyaya YPG-nin (Xalq Qoruma Birlikləri Süriyalı kürd silahlı qruplaşması) istəyi ilə göndərməməlidir."

11 avqust: "Tez və ya gec ABŞ seçim edəcək: Türkiyə və ya FETO (Gülen-in başçılıq etdiyi "terrorçu təşkilatının" qısaltması)

3 noyabr: "Ey Almaniya, sən terrorizmi dəstəkləyirsən. Bu terrorizm dalğası səni də gəlib bumeranq kimi vuracaq."

7 noyabr: "Avropa, PKK-nı terrorist təşkilatı kimi tanısa da, bir bütün halında terrorizmi təhrik edir... Onların [Qərbin] məni diktator və ya başqa bir şey adlandırması mənə maraqlı deyil. Bu, bir qulaqdan girib, digərindən çıxır."

Davam edən Aİ-Türkiyə danışıqları

Türkiyə Avropa İqtisadi Birliyinə üzv olmaq üçün 1987-ci ildə müraciət edib. Danışıqlara isə 2005-ci ilin oktyabrında başlanıb və həmin vaxtdan bəri çoxlu anlaşılmazlıqlar yaşanıb. Münasibət, bəzi Aİ nümayəndələrinin üzvlük prosesini dayandırmaq təhdidindən sonra, daha da kəskinləşib. Bu təhdidlərə səbəb isə, çevriliş cəhdinə görə yüzlərlə jurnalist və müxalifət üzvlərinin həbs edilməsi olub.

Dekabr 2005: "Türkiyə və Aİ-nin bir-birinə ehtiyacı var."

Yanvar 2006: "Biz Aİ üzvlüyünə tərəf ciddi addımlar atırıq... Bilirəm ki, oktyabrda başlayan proses, uzun və çətin olacaq, amma inanıram ki, biz, öz qətiyyətimiz və sizin dəstəyiniz ilə maneələri aşacağıq."

May 2016: "Türkiyənin strateji məqsədi olan Aİ-yə üzvlük, regionda stabillik və ilham mənbəyi olacaq. Ümid edirəm ki, razılaşdırılmış viza anlaşması Aİ qapılarında 50 ildən çox gözləməyimizdən doğan gərginliyi az da olsa, azaldacaq."

14 Noyabr: "Gəlin ilin sonunadək gözləyək və sonra insanların razılığını alaq. Hətta Britaniya da vətəndaşlarına müraciət etdi. Britaniya dedi "gəlin çıxaq" və onlar da çıxdı."

NATO-u tənqid

Erdoğan, Türkiyə ordusunun bəzi zabitlərinin iyul hərbi çevriliş cəhdindən sonra, NATO-dan sığınacaq istəyinə görə NATO müttəfiqlərinə xəbərdarlıq edib.

20 noyabr: "Necə olur ki, terrorist və hərbi çevrilişə cəhd edən bir əsgər, NATO-da işlə təmin edilir?... NATO bu növ sığınacaq müraciətləri ilə başını qatmamalıdır."

Üzü Şərqə doğru

Türkiyə prezidenti, xüsusilə də Türkiyə-Aİ münasibətləri korlananda, alternativ müttəfiqlər axtardığını gizlətmir. O, bir neçə dəfə Rusiya və Çinin rəhbərlik etdiyi təhlükəsizlik və iqtisadi blok Shanghai Cooperation Organization - SCO-ya (Şanxay Əməkdaşlıq Təşkilatı və ya Şanxay 5) qoşulmaq marağını bildirib.

Yanvar 2013: "Mən Cənab Putindən, bizi Şanxay 5-ə üzv qəbul etməsini istədim. Bizi qəbul edin və biz Aİ-yə vida edək. Şanxay 5 daha yaxşı və daha güclüdür."

20 noyabr: "Türkiyə hər şeydən öncə, Aİ barəsində daha rahat davranmalıdır və buna köklənməməlidir. Niyə də Türkiyə Şanxay Beşə daxil olmasın?"

Bu barədə daha geniş