Texasda müştəri ofisianta Şimali İrlandiyada ailəsini ziyarət etməsi üçün 750 dollar çaypulu verib

Ben Milların sevgilisi Taryn Kieth hamilədir Fotonun müəllifi TARYN KEITH
Image caption Ben Milların sevgilisi Taryn Kieth hamilədir

Texasda bir ofisiant müştəriyə Şimali İrlandiyada yaşayan ailəsini iki il görə bilmədiyini söylədikdən sonra, müştəri onun üçün 750 dollar bəxşiş qoyub.

22 yaşlı Ben Millar şənbə günü işlədiyi restoranda Jeffrey adlı müştəriyə xidmət etdiyini deyib. Onlar İrlandiya haqqında söhbət ediblər.

Jeffrey tez-tez İrlandiyaya getdiyini söyləyib və Cənab Millar da ailəsini tez-tez görə bilməməsindən gileylənib.

Şam yeməyinin qəbzində isə belə bir qeyd görüb: "Ümid edirəm ki, bu məbləğ sənə İrlandiyaya gedib ailəni görmək üçün kömək edəcək."

Cənab Millar, Jeffrey və ailəsinə yemək boyu qulluq edib və məbləği yalnız onlar gedəndən sonra görüb.

Cənab Millar ABC News-ə müsahibəsində bildirib ki, o, bu zərif hərəkətdən çox təəccüblənib və bundan əvvəl belə böyük məbləğdə çaypulu almayıb.

Fotonun müəllifi TARYN KEITH
Image caption "Ümid edirəm ki, bu məbləğ sənə İrlandiyaya gedib ailəni görmək üçün kömək edəcək", Millar qəbzin üstündə oxuyub.

Onun sevgilisi Taryn Kieth hamilədir və o, bu pulu oğulları Killian doğulana qədər saxlayacağını və sonra Belfastda yaşayan irland qohumları ziyarətə gedərək xərcləməyi planlayır.

"Mən həm də, Jeffrey-i tapmaq və ona minnətdarlığımı bildirmək istəyirəm," Cənab Millar deyib.

"Bu mənim üçün çox böyük bir şeydir və məni iki ildən çoxdur görməyən ailəm üçün isə daha sevindiricidir."

O, əlavə edib: "Ümid edirəm ki, Jeffrey də mən orada olan zaman gələ bilər və mən ona əsl Şimali İrlandiyanı göstərərəm."