Trump biznesinə görə maraqlarının toqquşduğunu inkar edir

Donald Trump New York Times qəzetinə çərşənbə axşamı müsahibə verib Fotonun müəllifi AP
Image caption Donald Trump New York Times qəzetinə çərşənbə axşamı müsahibə verib

ABŞ-da prezident seçilmiş milyarder Donald Trump yanvarın 20-də rəsmən prezidentliyə başladıqdan sonra biznes imperiyası ilə əlaqələrini kəsmək məcburiyyətində olmadığını açıqlayıb.

Bu səbəbdən bir Demokrat senator onun prezidentlikdən fayda götürmək niyyətində olmadığını sübut etmək üçün onun aktivlərini ləğv etməsini nəzərdə tutan qətnamə hazırlayır.

Aktivləri ləğv etmək barədə hüquqi tələb yoxdur, amma bundan əvvəlki ABŞ prezidentləri özlərini biznes münasibətlərindən uzaq saxlayıb.

"Nəzəri olaraq mən öz biznesimi mükəmməl idarə edə bilərəm və sonra ölkəni də mükəmməl idarə edə bilərəm", o New York Times qəzetinə söyləyib.

O həmçinin əlavə edib ki, bu iki məsuliyyəti ayırmaq üçün "nəsə etmək istəyər".

Demokratik senator Ben Cardin isə ondan bizneslə siyasəti rəsmi ayırmasını istəyir. O bu məqsədlə gələn həftə yeni seçilmiş prezidentdən maraqların toqquşması potensialı ilə əlaqədar konstitusiyaya əməl etmək üçün lazımi ölçülər götürməsi üçün qətnamə təqdim edəcək.

Forbes jurnalı daşınmaz əmlak maqnatının 500-dən çox müxtəlif müəssisələrin daxil olduğu biznes imperiyasının 3.7 milyard dollar dəyərində olduğunu deyir.

Əlaqəli mövzular