Cənubi Koreya prezidentinin ofisində viagra tapılıb

Seoul-un mərkəzində etirazçılar şam və plakatlarla hökümətə qarşı etiraz edib. (19 noyabr 2016) Fotonun müəllifi AFP
Image caption Cənubi Koreyalılar prezident Park-a qarşı etiraz üçün küçələrdə yığışıblar

Cənubi Koreya prezidenti Park Geun-hye ətrafındakı qalmaqal onun ofisində viagra dərmanı aşkar edildikdən sonra gözlənilməş şəkildə gərginləşib.

Dövlət orqanları adətən ereksiya problemlərinin müalicəsində istifadə edilən dərmanı xanım Park-a qarşı korrupsiya iddialarını araşdırdıqları vaxtı aşkar ediblər.

Hökümət deyib ki, viagranı yüksəklikdə ürək bulanmasının qarşısını almaq üçün alıb.

Cənubi koreyalı lider qərarlarına yaxın dostu Choi Soon-sil tərəfindən təsir edilməsinə imkan verməkdə günahlandırılır.

Prezident administrasiyası deyib ki, 364 viagra və ona bənzər digər həbləri şərqi Afrikaya rəsmi səfərlər zamanı yüksəklikdə ürək bulanmasının qarşısını almaq üçün alıb, amma dərmanlardan istifadə edilməyib.

BBC-dən Stephen Evans deyib ki, viagra dərmanının aşkar olunması prezidenti koreyalılardan daha da uzaqlaşdıracaq. Onların çoxu xanım Park-ın "fərqli bir dünyada" yaşadığını düşünürlər, və bu isə onun istefaya getməsinə təzyiqi daha da yüksəldəcək.

Hətta artıq bəzi şayiələrə görə xanım Park dostu xanım Choi ilə birlikdə qeyri-adi dini mərasimlərə qatılıb.

Xanım Choi uzun zamandır ki, xanım Park-ın dostudur və qeyri-ənənəvi dini lider Choi Tae-min-in qızıdır. Keçmişdə Choi Tae-min xanım Park-ın atası, sabiq prezident Park Chung-hee ilə yaxın münasibəti olub.


Viagra və yüksəklikdə ürək bulanması?

Fotonun müəllifi Getty Images
Image caption Viagra Pfizer-in sildenafil üçün brend adıdır

Viagranın aşkar edilməsi stenokardiyanın müalicəsi üçün sınaqdan keçirilən UK92480 adlı dərmanın nəticəsidir.

Bu dərman stenokardiyanı müalicə etməkdə uğursuz olsada, elmi sınaq zamanı dərmanı istifadə edən şəxslər gözlənilməz yan təsirinə şahid oldurlar - çoxlu ereksiyalar. Alimlər əlavə sınaqlar keçirərək dərmanın ereksiya problemlərinin müalicəsində təsirli olduğunu aşkar etdilər.

Penis və ağ ciyər arasındakı bioloji oxşarlığa görə, alimlər dərmanın həm də yüksək qan təyziqinə qarşı təsirli olduğunu aşkar ediblər.

Yüksəklikdə oksigen azlığı ağ ciyərdə qan təyziqinin artıra bilər və bəzi hallarda bu ölümlə nəticələnə bilər.

Viagra yüksək qan təyziqi azaldaraq oksigenin qanda daşınmasına kömək edir.


Eyni zamanda Cənubi Koreya dovlət orqanları prezidentlə bağlı korrupsiya araşdırması nəticəsində Samsung şirkətinin ofisi və ölkənin milli pensiya fondunda reyd keçiriblər.

Yonhap xəbər agentliyinin məlumatına görə, onlar pensiya fondunun Samsung-un şirkət birləşməsinə dəstək verməsi üçün prezident Park Geun-Hye-dan təyziqə məruz qaldığı iddiasını araşdırır.

Yonhap-ın dediklərinə görə, iddia edilir ki, dəstək əvəzində Samsung, xanım Park-ın yaxın dostu Choi Soon-sil-ə maliyyə intiyazları verib.

Fotonun müəllifi Reuters
Image caption Araşdırmacılar Milli Pensiya Xidmətindən dəlillər ələ keçirib

Bu korrupsiya iddiaları araşdırması ilə bağlı Samsunga ilk reyd deyil.

Çərşənbə günü həyata keçirilmiş reyd, Samsungun tikinti filialı Samsung C&T və Cheil Industries təşkilatının keçən ilki birləşməsi ilə əlaqədardır.

Artıq həftələrlə on minlərlə etirazçı Seul-un mərkəzində toplanaraq xanım Park-ın istefasını tələb edir, amma prezident bu çağırışlara hələ məhəl qoymayıb.

Bu barədə daha geniş