Evdə tək qalmış 13 pişik bir-birini yeyib

Trooper adlı sağ qalan pişik Fotonun müəllifi RSPCA
Image caption Trooper adlı sağ qalan pişik

Avstraliyada 14 pişiyi evdə tək buraxan qadın "heyvan zorakılığı"nda ittiham edilib.

Heyvanlarla pis rəftarın qarşısını almaq üçün fəaliyyət göstərən "Royal Society for Prevention of Cruelty to Animals" (RSPCA) nümayəndələri 2015-ci ilin sentyabr ayında Avstraliyanın cənubunda yerləşən evə keçirdikləri reyd zamanı 13 ölü və 1 zəif, amma sağ qalmış pişik aşkar ediblər.

Pişiklərin sahibi, 43 yaşlı qadına evdə heyvan saxlamaq qadağan edilib və ona 12 ay ərzində bir daha qanunu pozduğu halda cərimə ödəmək cəzası verilib.

Fotonun müəllifi RSPCA
Image caption Həyatda qalan Trooper üçün yeni ev tapılıb.

RSPCA-nın cənubi Avstraliya müstəntiqi Andrea Lewis hadisənin təşkilat işçiləri üçün çox ürək ağrıdıcı olduğunu deyib.

"Onlar çox qorxuducu şeylər gördülər və bunun təsiri onlarda uzun bir müddət qalacaq", o BBC-yə deyib.

RSPCA tərəfindən çəkilən videoda evin darmadağın və heyvan nəcisi içində olduğu görünür.

Bir an, müstəntiqlərdə biri soruşur ki, "bu ölü pişiyi digər pişiklər yeyib?"

Başqa müstəntiq ona "bəli, başqa bir neçəsi var", cavab verir.

Andrea Lewis deyir ki, "insanlar heyvanları heç bir halda tək buraxmamalıdır. Heyvanlara yaxşı baxmaq hər kəsin qanuni öhdəliyidir."

Trooper adlı sağ qalmış pişik artıq sağalıb və Adelaide şəhərində yeni sahibləri ilə yaşayır.

"O yaxşıca sağalıb", xanım Lewis deyib və əlavə edib ki, Trooper yeni "ailəsinin dərindən sevilən üzvüdür".