İraq ilə bağlı "uydurma xəbərə görə" Səudiyyə qəzeti basqı altında

Kərbəla Fotonun müəllifi MOHAMMED SAWAF/AFP/Getty Images
Image caption Şiə zəvvarları Kərbəla şəhərindən 80 kilometr məsafədə yerləşən İmam Hüseyn məscidində Ərbəin tədbirinə qatılırlar.

Səudiyyə vətəndaşının sahibi olduğu və Londonda yerləşən qəzet Dünya Səhiyyə Təşkilatına (DST) "istinadən yaydığı" xəbəri saytından çıxararaq üzrxahlığını bildirib. Qəzet, İraq şəhəri olan Kərbəlada hər il milyonlarla insanın iştirak etdiyi şiə məzhəbi ayinləri əsnasında iraqlı qadınların hamilə qalmasını iddia edib.

Al-Sharq al-Awsat-ın bu iddiası noyabrın 20-si dərc edilib və qəzəb, ittiham və təqib təhdidləri dolu reaksiyaya səbəb olub və tamamilə təkzib edilib.

Bunun ardından qəzet, üzrxahlıq edib və məqalənin internet üzərində olan versiyalarını yığışdırıb.

Hesabat və təkzib

Məqalədə DST-ə əsəsən ötən ilki ayində "169 iraqlı qadının qeyri-qanuni hamilə qaldığı" deyilirdi.

Əksəriyyətinin şiə məzhəbinə mənsub olduğu milyonlarla zəvvar hər il, Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin şəhadətini qeyd etmək üçün Kərbəla şəhərinə gəlir.

DST isə dərhal hesabatı təkzib edib. "[Dünya Səhiyyə] Təşkilatının adının uydurma hesabatda çəkilməsindən son dərəcə narazıyıq və bu, təşkilatın prinsipləri ilə üst-üstə düşmür," bəyanatda deyilib.

"İraqlılar üçün təhqirdir"

Hesabat İraq rəsmilərinin də qəzəbinə səbəb olub. Özəl Mada Press səhifəsinə əsasən, İraq baş naziri Heydər Abadinin media ofisi belə bildirib: "Al-Sharq al-Awsat-ın bazar günü [20 noyabr] dərc etdiyi uydurma xəbər İraqlılar üçün təhqirdir."

İraq ordusu, Al-Sharq al-Awsat-ın ordudakı müxbirinin uzaqlaşdırılması xəbərini yayıb. Eyni zamanda, İraq şiələrinin ruhanisi Müqtəda əl-Sədr qəzeti, İraqdakı ofisini "bəlli yollarla" bağladılması ilə təhdid edib.

İraq Xarici İşlər Nazirliyi isə qəzeti məhkəməyə vermək qərarı alıb.

"Süjet müvəffəqiyyətsiz oldu"

İranın bəzi xəbər saytları da hekayəni "aşkar yalan" kimi qiymətləndirib.

"Belə görünür ki, Al-Sharq al-Awsat qəzetinin bu cəhdi "İranlı zəvvarlar" və "Dünya Səhiyyə Təşkilatı" açar sözləri altında insanlarda ikrah doğurmaq məqsədi daşıyıb," Azad News Agency - ANA (Azad Xəbər Agentliyi) "Səudiyyənin Ərbəin üçün çəkdiyi süjet müvəffəqiyyətsiz oldu" başlıqlı yazısında bildirib.

Ərbəin imam Hüseyn tərəfdarlarının təşkil etdiyi dini mərasimdir.

Ultra-mühafizəkar Fars Xəbər Agentliyi isə məqaləni, qəzet tərəfindən atılmış "şeytani" addım adlandırıb.

"Səudiyyə Ərəbistanı tərəfindən himayə olunan media qurumundan başqa şey gözləmək də olmaz... Onlar Ərbəini nə bəyənirlər, nə də anlayırlar. Bu səbəbdən də, muzdlu söz və qələm sahibləri onlar üçün yazılar yazmağa başlayıb" deyə yazıb. Fikri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi, 21 noyabrda mətbuat toplantısında səsləndirib.

Sosial media

Sünni millət vəkili Mashaan al-Jabouri öz Facebook səhifəsində (536209 bəyənilmə) qəzetin "təhqiramiz hesabatını" Səudiyyə Ərəbistanının Vəhhabi məzhəbinin İraqa qarşı təxribatı olduğunu yazıb. Və əlavə edib ki, bu, "Britaniya məhkəmələrinə şikayət edilməlidir".

Tanınmış şiə deputat Hanan əl-Fətavi qəzeti məhkəməyə verəcəyinə söz verib.

O, öz Facebook səhifəsində (2,048158 bəyənilmə) yazıb: "Belə çıxır ki, Hüseynlə bağlı dini mərasimdə iştirak edən milyonlarla zəvvarın və iraqlıların səmimiliyi, təvazökarlığı və birliyi təriqətçiləri narahat edib... Mən öz adımdan bu muzdlu qəzetə qarşı iddia qaldıracağam və İraq dövlət rəsmilərindən qəzetin İraqda yayımının dayandırlmasını istəyirəm." (http://bit.ly/2fwY6U5)

İraqlılar da həmçinin Twitter sosial şəbəkəsində "#Lies_of_Asharq_Alawsat_paper", adlı tag işarəsi altında paylaşımlar ediblər və ötən 24 saat ərzində 45 mindən (rəqəmi dəqiqləşdirməyə ehtiyac var - Əfsanə) çox paylaşım edilib.

Mənşə

Hesabatın nəşri, sünni Səudiyyə Ərəbistanı ilə şiə İranı arasında hərbi birliyə əks təsir göstərə bilər.

İraqdakı İran təsirini nəzərə alsaq, Ərəbistan tez-tez Bağdad hakimiyyətini tənqid edir.

Kərbəlada bu ilki dini mərasim 2015-ci il Həcc ziyarətindən sonra daha çox zəvvarın qatıldığı mərasim olub. Həmin Həcc ziyarətində isə dörddə birinin iranlı olduğu 2000 adam ölmüşdü.

İran, İraq ilə müştərək şiə hakimiyyətlərinin Ərbəindəki sayda kütləni problemsiz idarə edə bildiyi ilə öyünür.

İran Kərbəlaya Ərbəin mərasimini qeyd etmək üçün hər il bir milyon zəvvar göndərir. Mərasim İraq lideri Səddam Hüseynin 2003-cü ildə devrilməsindən sonra yenidən keçirilməyə başlayıb.

Materialı BBC Monitorinq hazırlayıb.

Bu barədə daha geniş