Avstraliyalı İD çağırışçısı Neil Prakash "hələ də sağdır"

Abu Khaled al-Cambodi kimi də tanınan Neil Prakash İD təbliğat videolarında görünüb
Image caption Abu Khaled al-Cambodi kimi də tanınan Neil Prakash İD təbliğat videolarında görünüb

Məlumatlara əsasən, ölmüş bilinən Avstraliyalı döyüşçü sağdır və Orta Şərqdə həbsdədir.

May ayında Avstraliya hökuməti, özünü İslam Dövləti adlandıran qrupun çağırışçısı Neil Prakash-ın ABŞ hava qüvvələrinin hücumu nəticəsində öldüyü xəbərini yaymışdı.

O, İraqın Mosul şəhərində həlak olub, baş prokuror George Brandis demişdi.

Lakin, ABŞ qüvvələrinin başçısına əsasən New York Times Prakash-ın hələ də sağ olduğu xəbərini yayıb.

Prakash bir neçə həftə öncə özünü türk hökumətinə təslim edib, Avstraliya Yayım Cəmiyyəti bildirib.

Daxili-Terrorizm baş nazirinin köməkçisi Michael Keenan deyib ki, hökumət kəşfiyyat məsələləri ilə bağlı açıqlama verə bilməz.

"Prakash-ın hava hücumu nəticəsində öldüyü xəbərini hakimiyyət, ABŞ dövlətinin bəyanatından sonra yaymışdı," o, cümə günü təqdim etdiyi bəyanatda deyib.

"Amma əvvəl də qeyd etdiyimiz kimi, dövlətin İraq və ya Suriyadan gələn ölüm xəbərlərini təsdiq etmək gücü limitlidir. Bu ərazilərin əksəriyyəti nəzarətsiz müharibə zonasıdır."

"Çağırışçı və hücumçu"

Abu Khaled al-Cambodi kimi də tanınan Prakash-ın adı, Avstraliyada hücum qəsdlərinin təşkilində, təbliğat video və jurnallarında çəkilib.

Cənab Brandis, may ayında Prakash-ın "İD-nin məşhur baş terror çağırışçısı və hücumçusu" olduğunu söyləmişdi.

"Prakash-ın adı Avstraliyaya qarşı bir neçə hücum planı və ABŞ-a qarşı təkbaşına hücumları ilə bağlıdır," o deyib.

"O, aktiv şəkildə avstraliyalı kişi, qadın və uşaqları İD-yə cəlb edir və terror aktları törətməyə səsləyirdi."

Kamboca və Fici əslli və Melburndan olan Prakash, 2012-ci ildə buddizmdən imtina edərək islam dinini qəbul edib. O, 2013-cü ildə Avstraliyanı tərk edərək Suriyaya gedib.