Suriya qüvvələri Hələbdə növbəti ərazini "geri qaytarıb"

Hələb Fotonun müəllifi Reuters
Image caption Son günlərdə Hələbdə güclü döyüşlər gedib

Suriyanın hökümət qüvvələri Hələbin şərqində növbəti əraziləri geri qaytarıb, hərbi mənbələr deyirlər.

Məlumata görə, Ordu və onun müttəfiqləri Cəbəl Badro-nu "tamamilə ələ keçirib".

Bir neçə saat öncə qiyamçılar qonşu Hanano rayonunun tamamilə hökümətin nəzarəti altına keçdiyini söyləyib.

Bundan sonra yüzlərlə suriyalı Hələbin qaytarılmış ərazilərinə keçib.

Hazırda Suriya Ordusunun 275 min sakini olan Hələbi geri qaytarmaq məqsədilə başladığı əməliyyatdan 13 gün keçir.

Əməliyyatlar nəticəsində 27-i uşaq olmaqla, 219 mülki həyatını itirib, Britaniyada mənzillənən Suriya İnsan Haqları Monitorinq qrupu deyir.

Cəbəl Badro ilə əlaqədar qiyamçılar hələlik şərh verməyiblər.

Hanano 2012-ci ildə qiyamçılar tərəfindən zəbt olunub.

Onun yenidən hökümətin nəzarətinə keçməsi Suriya Ordusunun ən böyük müvəffəqiyyətidir.