Hələb: Suriya Ordusu növbəti ərazini qiyamçılardan alıb

Suriya əsgərləri Fotonun müəllifi EPA/SANA

Suriyanın hökümət qüvvələri Hələbin şərqində qiyamçıların nəzarətində olan üçüncü əsas ərazini ələ keçirib, müşahidəçilər deyirlər.

Hava hücumları nəticəsində mümkün olan bu nailiyyət prezident Bəşər əl-Əsədin silahlı müxaliflərinə əsas zərbələrindən biridir.

Dövlət televiziyasının bildirdiyinə görə qoşunlar mina və partlayıcıları zərərsizləşdirərək irəliləməyə davam edirlər.

Həftəsonu ağır döyüşlərdən sonra minlərlə sakinin şəhərin qiyamçıların nəzarət etdiyi ərazini tərk etdiyi deyilir.

Britaniyada mənzillənın Suriya İnsan Haqları Qrupu və dövlət televiziyası bildirib ki, Saxur rayonu Suriya Ordusunun əlinə keçib.

Bu ərazi qiyamçıların olduğu əraziləri hissələrə ayırır.

Suriya Ordusu və onun müttəfiqləri sentyabrda Hələbin geri qaytarılması üçün irimiqyaslı əməliyyata başlayıb.

Qiyamçıların nəzarətində olan ərazidə 250 min insanın yeməksiz və tibbi yardımsız qaldığı güman edilir.

Bu barədə daha geniş