Şimali Koreya: Fidel Castro-nun ölümü səbəbilə üç günlük matəm elan olunub

Fidel Castro-nun portreti Fotonun müəllifi AP
Image caption 90 yaşlı Fidel Castro şənbə günü səhər vəfat edib

Şimali Koreyada Kubanın inqilabi lideri Fidel Castro-nun ölümü münasibətilə üç günlük matəm elan olunub.

Şimali Koreya mətbuatı xəbər verir ki, noyabrın 28-dən 30-dək dövlət qurumlarında bayraqlar endiriləcək.

Ölkə lideri Kim Jong-un Kubanın Pxenyandakı səfirliyinə əklil göndərib.

İndiyə qədər Şimali Koreyada belə şərəf Fələstin milli administrasiyasının rəhbəri Yasir Ərəfata məxsus olub. Belə ki, 2004-cü ildə o vəfat edəndə onun üçün də matəm elan edilmişdi, Yaponiya mediası bildirib.

Kuba və Şimali Koreya arasında diplomatik əlaqələr 1960-cı ildə yaradılıb. Bu illər ərzində onlar müttəfiq olublar.

90 yaşlı Fidel Castro şənbə günü səhər vəfat edib. Onun ölümü ilə əlaqədar dekabrın 4-dək ümummilli matəm elan olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş