Hələb döyüşləri: 16.000 mülki “didərgin düşüb”

Suriya Fotonun müəllifi AFP

Suriya hökumət qüvvələrinin üsyançıların əlində olan Şərqi Hələbə irəliləməsi nəticəsində 16.000 mülki sakin didərgin düşüb, BMT bildirir.

Humanitar məsələlər üzrə BMT baş katibinin müavini deyib ki, zorakılıq yayıldıqca daha minlərlə adamın evsiz qalacağı ehtimalı da artır.

Stephen O'Brien didərgin düşən şəxslərin müqəddaratı ilə bağlı narahatlığını bildirib.

Ötən həftənin sonundan bəri Suriya ordusu ilə silahlılar üsyançıların nəzarətində olan rayonların təxminən 30 faizini ələ keçiriblər.

Şərqi Hələbin hökumət qüvvələri tərəfindən ələ keçirilməsi prezident Bəşər Əsədə qarşı mübarizənin sonu demək deyil, Suriya müxalifətinin böyük elçisi BBC-ə deyib.

George Sabra əlavə edib ki, bu, sülh sazişinə olan ümidi daha da çətinləşdirir.

Ağır hava zərbələrinin dəstəyi ilə Suriya qüvvələri şəhərdə üsyançıların nəzarət etdiyi ərazinin üçdə birindən çoxunu ələ keçirib.

Qiyamçı qruplaşmalar deyirlər ki, onlar daha çox müdafiə olunan cəbhə xəttinə geri dönüblər.

Həftə sonu minlərlə dinc sakin ağır döyüşlərdən sonra Hələbin blokadada olan bölgələrini tərk edib.

Yüksək Danışıqlar Komitəsi (YDK) danışıqlar qrupunun rəhbər cənab Sabra BBC Dünya Xidmətinə bildirib ki, Hələb itkisi "inqilabın sonu olmayacaq".

"Hələb inqilab üçün mühüm yerdir, amma sonuncu yer deyil", deyə o qeyd edib.

"İndi Azad Suriya Ordusunun hakimiyyəti altında o qədər çox yerlər var", o vurğulayıb.

O, xəbərdarlıq edib ki, Suriya hökuməti idarə etdiyi hərbi kampaniya və onun müttəfiqləri "siyasi prosesin bir hissəsi öldürür".

"Heç kim bu şəraitdə sülh yolu ilə həll barədə düşünə bilməz", o əlavə edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, qiyamçı fraksiyalar 12 rayonu itirib, bu da onların nəzarət etdiyi ərazinin 40 faizini təşkil edib.

Təhlilçilər deyirlər ki, bu, 2012-ci ildə ərazini ələ keçirmiş üsyançılar üçün dağıdıcı zərbə olub.

Ötən ilin sentyabrından başlayaraq Rusiyanın prezident Əsəd hakimiyyətini möhkəmləndirmək məqsədilə məsələyə qarışmasından sonra hökumət Hələbdə davamlı mənfəət əldə edib.

Şərqi Hələbdə "Ağ Dəbilqələr" xilasetmə qrupunun sözçüsü İbrahim Əbu Al-Leith AFP xəbər agentliyinə deyib ki, "insanlar küçələrdə yatır və onların nə yeməyə, nə də içməyə bir şeyi var".

BMT "dərindən narahat" olduğunu bildirib.

İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu deyib ki, azı 10 min sakin hökumətin nəzarətində olan qərb rayonlarına və kürdlərin idarə etdiyi şimal rayonuna qaçıb.

Dövlət kütləvi informasiya vasitələri göstərib ki, kişi, qadın və uşaqlar yaşıl avtobuslarda hökumətin nəzarətində olan ərazilərə daşınıb.

Suriyanın Əl-Vətən qəzeti proqnozlaşdırıb ki, hökumətin hücumunun növbəti mərhələsi üsyançıların nəzarət etdiyi əraziləri "asanlıqla idarə olunacaq" rayonlara bölmək ola bilər.

Bu barədə daha geniş