100 qadın: Qəzzada velosiped “qadağasına” boyun əyməyən qadın
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

100 qadın: Qəzzada velosiped “qadağasına” boyun əyməyən qadın

Qəzzada bir qadın yetkinlik yaşına çatdıqdan sonra qadınlara velosiped sürməyi qadağan edən yazılmamış qanunu pozmağa çalışır.

Əmna Süleyman 30 yaşlarında velosiped sürməyi öyrənib.

Daha sonra isə velosiped qrupu yaradıb.

O, BBC #100Qadın layihəsi çərçivəsində niyə başqa Qəzza qadınlarının ona qoşula bilməməsindən danışır.