Dünyanın ən yaşlı qadınının pəhrizi sirri
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Dünyanın ən yaşlı qadınının pəhriz sirri

İtaliyalı Emma Morano-nun 29 noyabrda 117 yaşı tamam olub. O, dünyanın ən yaşlı qadını sayılır.

Çox güman ki, onun yemək rasionu da uzun ömürlülüyünə öz təsirini göstərib.

Doğum günündə xanım Morano pəhrizi ilə bağlı suala cavab verərkən hər gün iki çiy yumurta yediyini bildirib.

Daha əvvəl Emma gündə üç yumurta yeyərmiş, lakin sonradan o, yumurtaların sayını ikiyə endirdi, Emmanın həkimi bildirir.

Xanım Morano 1899-cu ildə İtaliyanın Pyemont regionunda anadan olub.

May ayında amerikalı Susannah Mushatt-ın ölümündən sonra o, dünyanın ən yaşlı adamı kimi tanınır.

O, həmçinin 19 əsrdə doğulanlar arasında həyatda qalan yeganə şəxsdir.