İnkassator maşınından qızıl belə oğurlandı
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İnkassator maşınından qızıl belə oğurlandı

ABŞ polisi New York şəhərində inkassator maşınından qızılla dolu qabı oğurlayan şəxsi axtarır.

Şəhərin mərkəzindəki Manhattan rayonunda baş verən hadisə vaxtı oğurlanmış qızılın çəkisi 36 kiloqramdır. Onun dəyərinin 1,6 milyon dollara yaxın olduğu təxmin edilir.

Yalnız 20 saniyə ərzində nəzarətsiz qalan maşına yaxınlaşan şəxs qabı götürdükdən sonra hadisə yerini tərk edib.

İstintaq güman edir ki, New York şəhərini tərk etmiş şəxs hazırda Miami və yaxud da Florida ştatında ola bilər.