Trump "Dəli İt" Mattis-i müdafiə naziri təyin edir

Gen James Mattis açıq danışıqlarına görə tanınır Fotonun müəllifi Getty Images
Image caption Gen James Mattis açıq danışıqlarına görə tanınır

ABŞ-ın seçilmiş prezidenti Donald Trump təqaüdə çıxan general James Mattis-ı komandasının müdafiə naziri təyin edir.

"O bizim ən yaxşımızdır", cənab Trump yeni nominasiyanı Ohio-da keçirilən mitinqində elan edib.

"Dəli İt" kimi tanınan Gen Mattis, Obama administrasiyasının Orta Şərq, xüsusilə İran siyasətinin açıq tənqidçisi olub.

O İranı "Orta Şərqdə stabillik və sülhə ən böyük və yeganə təhlükə" adlandırıb.

Cənab Trump bu təyinat haqqında elanı tərəfdarlarına "Təşəkkür ABŞ Turu 2016" başlandığı Cincinnati-də deyib.

"Biz "Dəli İt" Mattis-i müdafiə nazirimiz təyin etməyə hazırlaşırıq", o camaata deyib.

Cənab Trump bir müddət əvvəl 66 yaşlı Gen Mattis-ı "əsil generalların generalı" adlandırıb.

Təqaüdə çıxan zabit 1991-ci ildə birinci Körfəz müharibəsi zamanı hücum batalyonuna və 2001-ci ildə cənubi Əfqanıstanda bütöv komandaya rəhbərlik edib.

O, həmçininn 2003-cü ildə İraqın işğalında iştirak edib və bir il sonra Fəlluca döyüşündə əsas rol oynayıb.

Gen Mattis 2013-cü ildə ABŞ Mərkəzi Komandanlığının komandiri kimi təqaüdə çıxıb.

Jurnalistlər deyir ki, onun təyinatı ABŞ döyüşçüləri arasında çox məşhur olacaq.

Ancaq onun təyinatı təsdiq olunmazdan əvvəl konstitusiyadakı maneələr aradan qaldırılmalıdır.

ABŞ qanununa görə, təqaüdə çıxmış zabit müdaifə naziri təyin olunmazdan əvvəl ən azı 7 il bu sahədə çalışmamalıdır.

Respublikaçıların idarəçiliyində olan Konqres tələbə uyğun olaraq qanunvericiliyi təsdiq etməli olacaq ki, o bu vəzifəyə təyin ola bilsin.

Bu barədə daha geniş