Çin məhkəməsi 21 il əvvəl edam edilmiş şəxsi günahsız tanıyıb

Zərərçəkənin ailəsinin vəkilləri Fotonun müəllifi Getty Images
Image caption Vəkillər şəxsin qunahsız olduğunu sübuta yetirə biliblər.

Çin Ali Məhkəməsi 21 il bundan əvvəl qətl və zorlama ittihamı ilə edam edilmiş şəxsin günahsız olduğu haqda qərar çıxarıb.

Qadının zorlanması və qətlində ittiham olunan 20 yaşlı Nie Shubin 1995-ci ildə güllələnib. Qadının meyitini onun atası Hebei vilayəti Şitsəcuan şəhərinin kənarında qarğıdalı tarlasında tapıb.

Törədildiyi vaxt qətlin yeri və səbəbləri müəyyən edilməmişdir, məhkəmənin qərarı başlıca sübut kimi gəncin etirafına əsaslanıbmış. Lakin, Ali Məhkəmənin hökmündə deyilir ki, etirafın alınmasının qanuniliyi şübhə doğurur.

"Ali Məhkəmə hesab edir ki, ilkin proses əsnasında əldə edilmiş faktlar tam aydın, dəlillər isə kifayət olmayıb və buna görə, əvvəlki hökmü dəyişərək, müttəhimin günahsızlığı barədə qərar qəbul edilib", - France-Presse agentliyi hökmdən iqtibas gətirir.

Nie Shubin qohumları cinayət işinin yenidən baxılmasını, 2015-ci ildə seriyal qatilin qadını öldürməkdə etirafından sonra, tələb etməyə başlayıblar.

Çin məhkəmələri cinayət işlərinin 99,9 faizi üzrə ittihamedici hökm çıxarır, France-Presse qeyd edir.

Xarici hüquq müdafiəçiləri hər il Çində rekord sayda ölüm cəzası tətbiq edildiyini bildirir, lakin Pekin rəsmi statistikanı açıqlamır.