Chanel № 5-in aqibəti dəmiryoluna görə "təhlükə altındadır"

Chanel No5 Fotonun müəllifi AFP
Image caption Chanel No5 artıq 100 ildir ki, sitehsal olunur

Chanel şirkəti elan edib ki, Fransanın cənubunda sürətli dəmiryolu salmaq planları məşhur ətir istehsalında istifadə edilən jasmin tarlalarının məhvinə gətirə bilər.

Şirkət xəbərdarlıq edir ki, hər hansı başqa bir yerdə yetişdirilmiş jasmin əfsanəvi Chanel № 5 ətirin rahiyəsini bərpa olunmaz şəkildə dəyişər.

Fransanın SNCF dəmiryol şirkəti deyir ki, Fransa Rivyerasında yolların əsaslı modernləşdirilməsi ehtiyacı çoxdan yetişib, və onu bundan sonra da təxirə salmaq mümkün deyil.

Lakin Chanel açıq məktub dərc edib və yüksək sürətli dəmiryolunun Grass rayonundakı ənənəvi sənətlərə faciəvi təhlükə olacağını deyir.

Şirkətin iddiasınca, bir flakon 30 millilitrlik Chanel № 5 ətirinin istehsalı üçün təxminən 1000 jasmin çiçəyi tələb olunur.

Chanel № 5 1920-ci ildə xanım Coco Chanel-in Grassda istirahət edərkən ətriyyatçı Ernest Beaux ilə tanış olduğu zaman yaradılıb.

O vaxtdan Chanel ətiri istehsalatının bir hissəsi Grassda qalır, və çoxları buranı dünyanın ətir paytaxtı hesab edir.

Lakin SNCF israr edir ki, Fransa Rivyerası sahilinin bütün nəqliyyat sisteminin təcili modernləşdirməyə ehtiyacı var.

SNCF deyir ki, hazırkı Marsel-Nitsa qolu ölkənin Paris kənarında ən çox yüklənmiş yoldur.

Fotonun müəllifi AFP
Image caption Chanel bildirir ki, istehsal üçün məhz Grassda yetişdirilir

Şirkət Marsellə Nitsa arasında məsafənin 1 saat tez qət etməyə imkan verən dəmiryolunun tikintisinə 6,7 milyard avro yatırmaq niyyətində olduğunu bildirir.

Lakin SNCF israr edir ki, Fransa Rivyerası sahilinin bütün nəqliyyat sistemini təcili modernləşdirməyə ehtiyacı var.

Şirkət bu bölgədə bitən jasmini Chanel ətirinin istehsalı üçün əvəzolunmaz adlandırır.

Bu barədə daha geniş