Hələb: Hökumət qüvvələri Tariq əl-Bab rayonunu ələ keçirib

Hökumət qüvvələri Fotonun müəllifi AFP
Image caption Hələb Suriyanın ən iri şəhəridir.

Suriya hökumət qüvvələri tərəfindən Hələbin şərqindəki mühüm bölgənin alınmasından sonra üsyançıların nəzarətində qalan ərazi 60 faizədək azalıb, Suriya fəalları bildirir.

Suriya İnsan Hüquqları Müşahidə qrupuna əsasən 4 il üsyançıların əlində qalan Tarıq əl-Bab rayonuna hazırda prezident Bəşər əl-Əsədə sadiq qüvvələr və ordu hissələri nəzarət edir.

Tariq əl-Bab ötən gecə şiddətli artilleriya atəşindən sonra süquta uğrayıb.

Ötən üç həftə ərzində hökumət qüvvələri və silahlıların uğurlu hücumları nəticəsində üsyançılar Şərqi Hələbdəki bır sıra rayonlara nəzarəti itiriblər.

Tariq əl-Babı ələ almaqla hökumət qüvvələri şəhərin qərb rayonlarını aeroportla bağlayan mühüm yola nəzarəti bərpa etmiş olublar.

Hələbin qərbində olan BBC müxbiri Lyse Doucet bildirir ki, gecə boyunca Hələbin şərqində bombardman və artilleriya zərbələrinin arası kəsilməyib.

BMT şəhərin şərqindəki rayonlarda qaldığı təxmin edilən 250,000 adamın vəziyyətilə bağlı narahatlığını bildirir.

Təşkilatın xəbərdarlığına əsasən tibbi yardım, ərzaq və elektrik təchizatından demək olar ki, məhrum edilmiş bölgələr humanitar fəlakət həddindədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş