Fidel Castro-nun külü dəfn edilib

Fidel Castro-nun külü Fotonun müəllifi AFP
Image caption Fidel Castro-nun külü Havanadan Santiago şəhərinə gətirilib

Fidel Castro-nun ölümündən 9 gün sonra onun külü Kubada Santiago şəhərində basdırılıb.

Santa Ifigenia qəbiristanlığına gedən yolda tabutu yola salmaq üçün kütlə yollara düzülüb.

"Nitq olmadı. Hər şey sadə idi", Fransanın təbiət naziri Segolene Royal deyib.

Şənbə günü Fidelin qardaşı Kuba prezidenti Raul Castro "ata yurdunu və sosializmi qoruyacağına" söz verib.

Fidel Castro-nun külü ailə məraismində 19-cu əsr müstəqillik qəhrəmanı Jose Marti-nin yanında basdırılıb.

Santiago şəhəri Kuba İnqilabının başlandığı yerdir.

Kommunist inqilabı lideri Fidel Castro noyabrın 25-də vəfat edib.

Castro 1959-ci ildə kommunist inqilabı nəticəsində hakimiyyətə gəlib və 2006-cı ilə qədər hakimiyyətdə olub. Həmin il o hakimiyyəti qardaşına verib.

Bu barədə daha geniş