Şotlandiyada uşaq olan avtomobildə siqaret çəkmək qadağan edilib

Maşında siqarət çəkilir Fotonun müəllifi PA
Image caption Uşaqla eyni avtomobildə siqarət çəkənləri bir min funta qədər cərimə gözləyir

Şotlandiyada içində yaşı 18-dən aşağı uşaq olan avtomobildə siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib.

Şotland parlamenti, uşaqları siqaret tüstüsündən qorumaq niyyəti ilə 2015-ci ildə qəbul edilən qanunu təsdiq edib.

Qanunu pozanlar üçün bir min funta (1,200 ABŞ dolları) qədər cərimə verilə bilər.

Şotlandiyanın səhiyyə naziri Aileen Campbell deyib ki, uşaqlar böyüklərdən daha tez-tez nəfəs aldıqlarına görə, siqaret tüstüsü onların sağlamlığına daha çox ziyan vurur.

Nazirin sözlərincə, qanunun niyyəti siqarət çəkənləri cəzalandırmaq yox, onların adətləri dəyişdirməkdir.

Siqarət çəkənlərin hüquqlarını qoruyan Forest təşkilatının direktoru Simon Clark, çox az sayda böyüklərin uşaqla birlikdə avtomobildə siqarət çəkdiyini dilə gətirərək, qanunun həddən artıq məhdudlaşdırıcı olduğunu vurğulayıb.

Onun fikrincə hökümət öz resurslarını daha faydalı şəkildə istifadə edə bilər.

"Bu qanunun keçən il qəbul edilməsindən indiyədək yalnız bir nəfər saxlanılıb və cərimələnib", Clark deyib.

İngiltərə və Uelsdə uşaqlarla eyni avtomobildə siqarət çəkməyi qadağan edən qanun 2015-ci ildən qüvvədədir, lakin polislər qanunun tətbiq edilməsinin çətinliyindən şikayətlənirlər.