Suriya ordusu Hələbin şərqində boyük ərazini ələ keçirib

Hazırda Suriya ordusu Hələbin şərq hissəsinin 70 faizinə nəzarət edir Fotonun müəllifi YOUSSEF KARWASHAN/ Getty
Image caption Hazırda Suriya ordusu Hələbin şərq hissəsinin 70 faizinə nəzarət edir

Suriyanın ordu qüvvələri Hələbin şərqində qiyamçıların nəzarətində olan daha iki ərazini ələ keçirib.

Hələbin şərqində qiyamçı qruplardan birinin nümayəndəsinin verdiyi məlumata görə prezident Bəşər Əsədin əleyhdarları Karm-əl Cəbəl və Şaar rayonlarına nəzarəti əldən veriblər.

Hazırda Suriya ordusu Hələbin şərq hissəsinin 70 faizinə nəzarət edir.

Üç həftə əvvəl Suriya hökumət ordusu Rusiya aviasiya qüvvələrinin dəstəyilə Hələbin şərq istiqaməində yeni giriş əməliyyatlarına başlamışdı.

Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, hərbi əməliyyatlar nəticəsində əksəriyyəti dinc əhali olan 300-dən artıq insan həlak olub. Son günlər ərzində aşağısı 50 min insan döyüşlər gedən ərazini tərk edib.

Monitorinq mərkəzinin açıqlmasına görə, bazar ertəsi Şaarda qızğın döyüşlər davam edib.

Müşahidəçilərin məlumatına görə, Suriya ordusu son günlər ərzində şəhərin 5 rayonuna nəzarəti ələ keçirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş