Hələbdən tvitlər paylaşan 7 yaşlı qız "itib"

7 yaşındaki Suriyeli Bana Alabed Fotonun müəllifi Twitter
Image caption Hələbli qızın ilk tviti ingiliscə "I need peace" (Sülh istəyirəm) idi.

Suriyanın Ordusunun bombalar atdığı müxalifətin nəzarətində olan ərazidən anasının yardımı ilə ingiliscə tvitlər paylaşan 7 yaşında Bana Alabed-in hesabı silinib.

Bana və ailəsinin harada olduğunu hazırda bilinmir.

Bana Alamed @alabedbana adlı Twitter hesabından aylardır "mühasirə altındakı həyatlarını" izləyiciləri ilə bölüşürdü.

Hələbli qızın ilk tviti ingiliscə "I need peace" (Sülh istəyirəm) idi.

Bu hesabda qızın anası - Fatima Alabed-in paylaşdığı son tvitdə isə deyilir: "Ordunun bizi tutacağına əminik. Bir başqa gün görüşəcəyik, sevimli dünya".

Bundan sonra təxminən 200 minə yaxın izləyicisi olan hesab silinib.

Fotonun müəllifi Twitter
Image caption "Ordunun bizi tutacağına əminik. Bir başqa gün görüşəcəyik, sevimli dünya. Əlvida", son paylaşılan tvitdə yazılıb

Bana haradadır?

Twitter-in siyasətinə görə, bir hesab yalnız aktiv istifadə edilməyəndə silinə bilər.

Bu səbəbdən sosial mediada Suriya Ordusunun ailəni tutması səbəbindən hesabın silinməsi məsələsi gündəmə gəlib.

Profilin silindiyini görən izləyicilər ötən gün #WhereIsBana (Bana haradadır) həşteqini açıb. Bu həşteq altında minlərlə tvit paylaşılıb.

Bir izləyici, "7 yaşındaki Suriyali Bana'nın hesabı heç bir açıqlama olmadan silindi" deyərək tvit paylaşıb.

Fotonun müəllifi Twitter
Image caption 7 yaşlı suriyalı #BanaAlabed-in Twitter profili izahsız silinib

Digər bir izləyici onun "cənnətə getdiyinə ümid etdiyini" yazıb.

Fotonun müəllifi Twitter

Məşhur ingilis yazıçısı J.K. Rowling də Bana-nın bir neçə fotosunu paylaşıb. O ailə ilə Fatimənin Harry Potter seriyasının bir nüsxəsini istəyəndən bəri əlaqə saxlayırdı.

Rowling ötən cümə Bana-nın yardım istədiyi videonu da paylaşmışdı. Həmin videoda qızcığaz "Salam dostlar, necəsiniz? İndi qaçıram və öldürülməkdən qorxuram. Lütfən bizi qurtarın. Təşəkkürlər" deyir.

Fotonun müəllifi Twitter
Image caption Kiçik, @AlabedBana-nın, Hələbdən olan 7 yaşlı qızın Tvitter profili silinib, siləni tanımırıq

Suriya prezidenti Bəşər Əsəd iki ay əvvəl Danimarkada yayımlanan TV 2-yə Bana-nın tvitləri ilə bağlı bildirib ki, "bu bir oyundur, təbliğat oyunudur, bir media oyunudur".

Bu barədə daha geniş